https://sputnik.az/20230412/novbeti-defe-randan-azerbaycana-narkotik-kecirmek-cehdinin-qarsisi-alinib---foto-453687181.html
Növbəti dəfə İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO
Növbəti dəfə İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO
Sputnik Azərbaycan
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısını alıblar. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T13:50+0400
2023-04-12T13:50+0400
2023-04-12T13:50+0400
narkotik
cəmiyyət
iran
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0c/453686871_37:0:1564:859_1920x0_80_0_0_6879679852e6348d2189aafef053aef2.jpg
BAKI, 12 aprel — Sputnik. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, aprel ayının 11-də saat 20:50-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycanın Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram olan narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Onu da xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin aprelin 10-da yaydığı məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram olan narkotik vasitə aşkar olunaraq götürülüb. Aprel ayının 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı "Prius" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram olan narkotik vasitə aşkar olunub. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0c/453686871_228:0:1373:859_1920x0_80_0_0_adfafd5f28ab2b6572f527444c434b97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, iran
Növbəti dəfə İrandan Azərbaycana narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO
Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısını alıblar.
BAKI, 12 aprel — Sputnik. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, aprel ayının 11-də saat 20:50-də "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycanın Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram olan narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Onu da xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin aprelin 10-da yaydığı məlumatda bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 37 kiloqram 770 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aprel ayının 8-də saat 23:30-da "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 15 kiloqram 200 qram olan narkotik vasitə aşkar olunaraq götürülüb.
Aprel ayının 9-da saat 02:20-də Dövlət Sərhəd Xidmətinin "Göytəpə" sərhəd dəstəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan və 77-EX-379 dövlət qeydiyyat nişanlı "Prius" markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Sumqayıt şəhər sakinləri 1982-ci il təvəllüdlü Əsgərxanov Çoşqun Mehrac oğlu və 1997-ci il təvəllüdlü Şahbazlı Murad Elçin oğlu saxlanılıblar.
Avtomobilə baxış zamanı ümumi çəkisi 22 kiloqram 570 qram olan narkotik vasitə aşkar olunub.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.