https://sputnik.az/20230412/mk-direktoru-rusiya-ile-cin-arasinda-emekdasligi-guclu-hesab-edir-453693073.html
MKİ direktoru Rusiya ilə Çin arasında əməkdaşlığı güclü hesab edir
MKİ direktoru Rusiya ilə Çin arasında əməkdaşlığı güclü hesab edir
Sputnik Azərbaycan
BAKI, 12 aprel — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya və Çin arasında mövcud əməkdaşlığı yaxın hesab etdiyini etiraf... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T20:39+0400
2023-04-12T20:39+0400
2023-04-12T20:39+0400
abş
çin xalq respublikası
pekin
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444331794_0:0:3071:1728_1920x0_80_0_0_20df13ea794b1e3d5044565d1854120e.jpg
BAKI, 12 aprel — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya və Çin arasında mövcud əməkdaşlığı yaxın hesab etdiyini etiraf edib. Bu barədə Rusiya mediası məlumat verib. Eyni zamanda o qeyd edib ki, ABŞ kəşfiyyatının son məlumatlarına görə, Pekin hələ də guya Rusiyanın ehtiyac duyduğu silah və sursatları Moskvaya çatdırmağa qərar verməyib. O, həmçinin bildirib ki, ÇXR-in Rusiyaya silah göndərmək cəhdləri Pekinin Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynamaq şansını aradan qaldıracaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444331794_234:0:2965:2048_1920x0_80_0_0_f3df3a5201a28cb19c0fba60d1052916.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, çin xalq respublikası, pekin
abş, çin xalq respublikası, pekin
MKİ direktoru Rusiya ilə Çin arasında əməkdaşlığı güclü hesab edir
BAKI, 12 aprel — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiya və Çin arasında mövcud əməkdaşlığı yaxın hesab etdiyini etiraf edib. Bu barədə Rusiya mediası məlumat verib.
"Mən, Si Cinpin və Vladimir Putinin rəhbərliyi altında Çin və Rusiya arasında əməkdaşlığı güclü hesab edirəm. Si Cinpinin bir neçə həftə əvvəl Moskvaya səfəri də münasibətlərin bu xarakterini vurğulayır", - deyə Börns Beyker İnstitutunun analitik mərkəzində keçirilən müzakirələr zamanı bildirib.
Eyni zamanda o qeyd edib ki, ABŞ kəşfiyyatının son məlumatlarına görə, Pekin hələ də guya Rusiyanın ehtiyac duyduğu silah və sursatları Moskvaya çatdırmağa qərar verməyib.
"Prezident Co Bayden və bir sıra Avropa liderləri bu cür tədarüklərin həyata keçiriləcəyi təqdirdə Çinin başına gələcək nəticələr haqqında açıq şəkildə danışıblar", - deyə Börns xatırladıb.
O, həmçinin bildirib ki, ÇXR-in Rusiyaya silah göndərmək cəhdləri Pekinin Ukrayna münaqişəsinin həllində vasitəçi rolunu oynamaq şansını aradan qaldıracaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.