https://sputnik.az/20230412/mekteblerde-verem-tehlukesi---usaqlar-arasinda-verem-niye-yayilir-453672221.html
Məktəblərdə vərəm təhlükəsi - Uşaqlar arasında vərəm niyə yayılır?
Məktəblərdə vərəm təhlükəsi - Uşaqlar arasında vərəm niyə yayılır?
Sputnik Azərbaycan
Elçin Muxtarlı bildirib ki, məktəblərdə də şagird sıxlığı vərəmə yoluxmaya təsir edən amillərdəndir. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T09:31+0400
2023-04-12T09:31+0400
2023-04-12T09:31+0400
vərəm
səhiyyə
xəstəlik
vaksin
yoluxma
vərəmə yoluxma
uşaqlar
yeniyetmələr
https://cdnn1.img.sputnik.az/img/42181/06/421810611_0:0:3042:1711_1920x0_80_0_0_72bede412d243191b48b8c0cd2998486.jpg
BAKI, 12 aprel — Sputnik. Bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.136 nömrəli tam orta məktəbdən Oxu.az aytına 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlandığı bildirilib. "Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi (GEM) tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub". Sputnik Azərbaycan uşaqlar, şagirdlər arasında vərəmə yoluxmanın səbəblərini araşdırıb. Vərəmə yoluxma qeydə alınmış məktəbdə vəziyyət necədir? Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbin direktoru Aysel Şərbətova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdin vərəmə yoluxduğu barədə məlumat məktəbə rayon GEM-i tərəfindən mart ayının 31 də daxil olub. Həmin tarixdən sözügedən şagirdlə təmasda olan bütün şagirdlərə vərəmə görə sınaq qoyulub və heç birində vərəm aşkarlanmayıb. Hətta A. Şərbətova vərəmə yoluxmuş şagirdin yuxarı sinifdə təhsil alan bacısında vərəmə görə sınağın neqativ çıxdığını bildirib. Onun sözlərinə görə, hazırda məktəbdə dərslər əvvəlki qaydada davam edir. Direktor bildirib ki, vərəmə yoluxmuş şagird də tam sağaldıqdan, bu barədə həkimdən arayış gətirdikdən sonra məktəbə gələrək dərslərini davam edəcək. Məktəblərdə vərəmə görə yoxlamalar aparılmır Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaqlar arasında vərəmə yoluxmanın müxtəlif səbəbləri var. Onun sözlərinə görə, burada sosial faktorlarla yanaşı, son illər məktəblərdə vərəmə görə müayinələrin aparılmaması da rol oynayır. E. Muxtarlı bildirib ki, son illər məktəblərdə vərəmə görə kütləvi müayinələr aparılmır. Koalisiya sədri deyir ki, əvvəllər bunun üçün nəqliyyat ayrılır, məktəblərdə şagirdlər səyyar avtomobillərdə quraşdırılmış rentgen aparatları vasitəsilə müayinə olunurdu. O, bildirib ki, vərəmə yoluxmada şübhəli şagirdlər aşkarlandığı halda, onlar təkrar müayinə üçün rayon vərəm dispanserlətinə göndərilirdi: "Amma son illər bu iş həyata keçirilmir. Bizə də məktəblərdə şagirdlər arasında vərəmə yoluxma hallarının olduğu barədə məlumatlar daxil olur. Bu heç də ürəkaçan hal deyil". E. Muxtarlı qeyd edib ki, vərəm haqqında məktəblərdə maarifləndirmə tədbirləri aparılmalıdır. Vərəm xəstəliyinə yoluxma yolları, müayinə və müalicəsi barədə şagirdlərə məlumatlar verilməlidir. Sıxlıq olan məktəblər vərəmə görə risk siyahısına aiddir Uşaqlar arasında təhsil müəssisələrində vərəmə yoluxma hallarının qeydə alınmasına gəlincə, E. Muxtarlı bildirib ki, məktəblər qapalı yerlər olduğundan vərəmə yoluxma riski böyükdür. O, ictimai nəqliyyatın da bu siyahıya aid olduğunu söyləyib. "Əgər məktəbdə bir nəfər vərəm xəstəsi varsa, o öskürəndə hava-damcı yolu ilə vərəm çöpləri yayılır. Vərəmin yayılmasının mənbəyi vərəm xəstəsinin olmasıdır. Qapalı məkanda vərəm xəstəsi varsa, hava-damcı yolu ilə vərəm çöpləri yayılaraq digərlərini də yoluxdurur. Azərbaycanda cəzaçəkmə müəssisələrində vərəm xəstələri çox idi. Son illər sevindirici haldır ki, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma azalıb. Buna səbəb, cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması, yeni cəzaçəkmə müəssisələrinin inşa edilməsidir. Məktəblərdə də şagird sıxlığı vərəmə yoluxmaya təsir edən amillərdəndir. Bu halda vərəm daha tez yayılır" deyə Koalisiya sədri bildirilib. Vərəm - kasıbların xəstəliyi N. Muxtarlı bildirib ki, vərəmə yoluxmanın sosial tərəfləri də var. Onun sözlərinə görə, dünyada vərəmə yoluxmuş insanların sayı iki milyarddan çoxdur. Amma ekspert deyir ki, onların heç də hamısı vərəmlə xəstələnmir: "Xəstələnmə o vaxt baş verir ki, immun sistemi zəifləyir. Həmçinin vərəmə yoluxmuş şəxs düzgün qidalanmır, zəngin qidalar qəbul etmir. İnsanların maddi vəziyyəti vərəmə yoluxmuş insanların xəstələnmə riskini artırır. Əgər insan kirayədə yaşayırsa, onun aylıq qazancı ev kirayəsini ödəməyə ancaq çatırsa, belə insanın vərəmlə xəstələnmə riski var. Bu kateqoriyaya aid insanlar öz qidalanmasına diqqət yetirmir, aylıq qazancından kirayə haqqını ödədikdən sonra qalan məbləği ərzaq üçün xərcləyir. Bu zaman bədən zəifləyir, immun sistemi aşağı düşür". Uşaqlar arasında vərəmə yoluxma azalıb? Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə ötən ay Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma" mövzusunda Beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib ki, Azərbaycanda uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur. Ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlərin nəticəsindən danışan nazir müavini qeyd edib ki, 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, görülən profilaktik işlər nəticəsində Azərbaycanda uşaqlar arasında vərəmə yoluxma halları aşağı səviyyədədir. Onun sözlərinə görə, 10 il əvvəl ilə müqayisədə uşaqlar arasında vərəm ilə xəstələnmə səviyyəsi 3 dəfə, 5 il əvvəl ilə müqayisədə isə iki dəfə azalıb: "Məlumdur ki, hər bir xəstəliyin müayinə və müalicəsini etməkdənsə profilaktik tədbirlər görüb, sağlam uşaq böyütmək vacibdir. Azərbaycanda vərəmə görə profilaktik tədbirlər çox yaxşı qurulub, vərəm infeksiyasını aşkakarlanma üçün dərhal dəri sınaq testləri aparılır və uşağın tibbi müayinəsindən sonra lazım olduğu halda profilaktik müalicə təyin olunur. Bu da vərəm xəstəliyin qarşısının alınmasına kömək edir". İ. Axundova qeyd edib ki, ən çox uşaqlar arasında vərəm ilə xəstələnmə halları 15-17 yaş qrupunda qeydə alınıb. Vaksin vərəmə yoluxma riskini azaldır İnstitut direktoru bildirib ki, əsasən vərəmə yoluxma hava damcı və hava toz yolu ilə qeydə alınıb. Bu yol uşaqlar üçün də təyin olunub. Əsasən uşaqların yoluxma mənbəyi- ailədə təmasda olduqları, aktiv vərəm ilə xəstə olan yaxın ailə üzvəlidir. Həmsöhbətimiz əlavə edib ki, peyvənd vərəmə yoluxma riskini aşağı salır. Onun sözlərinə görə, sağlam yeni doğulmuş uşaqlar doğuşdan sonra ilk gün ərzində doğum xəstəxanalarında BCG peyvəndi ilə peyvənd olunur. "Nadir hallarda uşağa peyvəndi aparmaq mümkün deyilsə, həmin uşağa bir yaşına qədər müəyyən müayinələrdən sonra BCG peyvəndi olunmalıdır. Yeni doğulmuş uşaqlara BCG peyvəndi mütləq aparılmalıdır, əks halda uşaqda vərəmə yoluxma və xəstələnmə riski arta bilər. Vərəmə görə yeni doğulmuşlara vurulan BCG peyvəndi vərəm ilə xəstələnmə riskini azaldır" deyə İradə Axundova bildirib. Azərbaycanda vərəm xəstələrinin statistikası Qeyd edək ki, ötən il Azərbaycanda 2877 insan bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5169 nəfərdir. Xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. O, bildirib ki, son on ildə bu göstərici 2 dəfə azalıb. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunu uğurla başa çatması ilə əlaqədardır. 2021-ci ildə isə vərəm xəstəliyi ilə xəstələnməyə görə ilk dəfə qoyulan diaqnozların sayı 2 min 535 olub. Vərəm dünyada ən çox ölümə səbəb olan infeksion xəstəlikdir! Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə vərəm dünyada infeksion xəstəliklər arasında ən çox ölümə səbəb olanlardan biridir. Bu xəstəlik hər il 1,6 milyon insanın həyatını itirməsinə səbəb olur və milyonlarla insana böyük iqtisadi zərər gətirərək əzab verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42181/06/421810611_313:0:3042:2047_1920x0_80_0_0_aa4ba2c6fb14985a042482342bb9607f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
vərəm, xəstəlik, vaksin, yoluxma, vərəmə yoluxma, uşaqlar, yeniyetmələr
vərəm, xəstəlik, vaksin, yoluxma, vərəmə yoluxma, uşaqlar, yeniyetmələr
Məktəblərdə vərəm təhlükəsi - Uşaqlar arasında vərəm niyə yayılır?
Elçin Muxtarlı bildirib ki, məktəblərdə də şagird sıxlığı vərəmə yoluxmaya təsir edən amillərdəndir.
BAKI, 12 aprel — Sputnik. Bu günlərdə Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.136 nömrəli tam orta məktəbdən Oxu.az aytına 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlandığı bildirilib. "Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi (GEM) tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub".
Sputnik Azərbaycan uşaqlar, şagirdlər arasında vərəmə yoluxmanın səbəblərini araşdırıb.
Vərəmə yoluxma qeydə alınmış məktəbdə vəziyyət necədir?
Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbin direktoru Aysel Şərbətova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şagirdin vərəmə yoluxduğu barədə məlumat məktəbə rayon GEM-i tərəfindən mart ayının 31 də daxil olub. Həmin tarixdən sözügedən şagirdlə təmasda olan bütün şagirdlərə vərəmə görə sınaq qoyulub və heç birində vərəm aşkarlanmayıb. Hətta A. Şərbətova vərəmə yoluxmuş şagirdin yuxarı sinifdə təhsil alan bacısında vərəmə görə sınağın neqativ çıxdığını bildirib. Onun sözlərinə görə, hazırda məktəbdə dərslər əvvəlki qaydada davam edir. Direktor bildirib ki, vərəmə yoluxmuş şagird də tam sağaldıqdan, bu barədə həkimdən arayış gətirdikdən sonra məktəbə gələrək dərslərini davam edəcək.
Məktəblərdə vərəmə görə yoxlamalar aparılmır
Vərəm əleyhinə QHT Koalisiyasının sədri Elçin Muxtarlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda uşaqlar arasında vərəmə yoluxmanın müxtəlif səbəbləri var. Onun sözlərinə görə, burada sosial faktorlarla yanaşı, son illər məktəblərdə vərəmə görə müayinələrin aparılmaması da rol oynayır. E. Muxtarlı bildirib ki, son illər məktəblərdə vərəmə görə kütləvi müayinələr aparılmır. Koalisiya sədri deyir ki, əvvəllər bunun üçün nəqliyyat ayrılır, məktəblərdə şagirdlər səyyar avtomobillərdə quraşdırılmış rentgen aparatları vasitəsilə müayinə olunurdu. O, bildirib ki, vərəmə yoluxmada şübhəli şagirdlər aşkarlandığı halda, onlar təkrar müayinə üçün rayon vərəm dispanserlətinə göndərilirdi: "Amma son illər bu iş həyata keçirilmir. Bizə də məktəblərdə şagirdlər arasında vərəmə yoluxma hallarının olduğu barədə məlumatlar daxil olur. Bu heç də ürəkaçan hal deyil".
E. Muxtarlı qeyd edib ki, vərəm haqqında məktəblərdə maarifləndirmə tədbirləri aparılmalıdır. Vərəm xəstəliyinə yoluxma yolları, müayinə və müalicəsi barədə şagirdlərə məlumatlar verilməlidir.
Sıxlıq olan məktəblər vərəmə görə risk siyahısına aiddir
Uşaqlar arasında təhsil müəssisələrində vərəmə yoluxma hallarının qeydə alınmasına gəlincə, E. Muxtarlı bildirib ki, məktəblər qapalı yerlər olduğundan vərəmə yoluxma riski böyükdür. O, ictimai nəqliyyatın da bu siyahıya aid olduğunu söyləyib.
"Əgər məktəbdə bir nəfər vərəm xəstəsi varsa, o öskürəndə hava-damcı yolu ilə vərəm çöpləri yayılır. Vərəmin yayılmasının mənbəyi vərəm xəstəsinin olmasıdır. Qapalı məkanda vərəm xəstəsi varsa, hava-damcı yolu ilə vərəm çöpləri yayılaraq digərlərini də yoluxdurur. Azərbaycanda cəzaçəkmə müəssisələrində vərəm xəstələri çox idi. Son illər sevindirici haldır ki, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma azalıb. Buna səbəb, cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması, yeni cəzaçəkmə müəssisələrinin inşa edilməsidir. Məktəblərdə də şagird sıxlığı vərəmə yoluxmaya təsir edən amillərdəndir. Bu halda vərəm daha tez yayılır" deyə Koalisiya sədri bildirilib.
Vərəm - kasıbların xəstəliyi
N. Muxtarlı bildirib ki, vərəmə yoluxmanın sosial tərəfləri də var. Onun sözlərinə görə, dünyada vərəmə yoluxmuş insanların sayı iki milyarddan çoxdur. Amma ekspert deyir ki, onların heç də hamısı vərəmlə xəstələnmir: "Xəstələnmə o vaxt baş verir ki, immun sistemi zəifləyir. Həmçinin vərəmə yoluxmuş şəxs düzgün qidalanmır, zəngin qidalar qəbul etmir. İnsanların maddi vəziyyəti vərəmə yoluxmuş insanların xəstələnmə riskini artırır. Əgər insan kirayədə yaşayırsa, onun aylıq qazancı ev kirayəsini ödəməyə ancaq çatırsa, belə insanın vərəmlə xəstələnmə riski var. Bu kateqoriyaya aid insanlar öz qidalanmasına diqqət yetirmir, aylıq qazancından kirayə haqqını ödədikdən sonra qalan məbləği ərzaq üçün xərcləyir. Bu zaman bədən zəifləyir, immun sistemi aşağı düşür".
Uşaqlar arasında vərəmə yoluxma azalıb?
Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə ötən ay Heydər Əliyev İlinə həsr olunmuş "Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası: problemə müasir yanaşma" mövzusunda Beynəlxalq elmi-praktik konfransda çıxışında bildirib ki, Azərbaycanda uşaqlar və yeniyetmələr arasında vərəm xəstəliyinə yoluxma hallarında əvvəlki dövrlərlə müqayisədə son 10 ildə azalma müşahidə olunur. Ölkəmizdə uşaqlar və yeniyetmələrdə vərəmlə bağlı görülən ciddi işlərin nəticəsindən danışan nazir müavini qeyd edib ki, 100 min uşaq əhalisinə düşən göstəricilərə görə, vərəm xəstəliyinə yoluxma halları 2.5 dəfədən çox azalıb.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, görülən profilaktik işlər nəticəsində Azərbaycanda uşaqlar arasında vərəmə yoluxma halları aşağı səviyyədədir. Onun sözlərinə görə, 10 il əvvəl ilə müqayisədə uşaqlar arasında vərəm ilə xəstələnmə səviyyəsi 3 dəfə, 5 il əvvəl ilə müqayisədə isə iki dəfə azalıb: "Məlumdur ki, hər bir xəstəliyin müayinə və müalicəsini etməkdənsə profilaktik tədbirlər görüb, sağlam uşaq böyütmək vacibdir. Azərbaycanda vərəmə görə profilaktik tədbirlər çox yaxşı qurulub, vərəm infeksiyasını aşkakarlanma üçün dərhal dəri sınaq testləri aparılır və uşağın tibbi müayinəsindən sonra lazım olduğu halda profilaktik müalicə təyin olunur. Bu da vərəm xəstəliyin qarşısının alınmasına kömək edir".
İ. Axundova qeyd edib ki, ən çox uşaqlar arasında vərəm ilə xəstələnmə halları 15-17 yaş qrupunda qeydə alınıb.
Vaksin vərəmə yoluxma riskini azaldır
İnstitut direktoru bildirib ki, əsasən vərəmə yoluxma hava damcı və hava toz yolu ilə qeydə alınıb. Bu yol uşaqlar üçün də təyin olunub. Əsasən uşaqların yoluxma mənbəyi- ailədə təmasda olduqları, aktiv vərəm ilə xəstə olan yaxın ailə üzvəlidir.
Həmsöhbətimiz əlavə edib ki, peyvənd vərəmə yoluxma riskini aşağı salır. Onun sözlərinə görə, sağlam yeni doğulmuş uşaqlar doğuşdan sonra ilk gün ərzində doğum xəstəxanalarında BCG peyvəndi ilə peyvənd olunur.
"Nadir hallarda uşağa peyvəndi aparmaq mümkün deyilsə, həmin uşağa bir yaşına qədər müəyyən müayinələrdən sonra BCG peyvəndi olunmalıdır. Yeni doğulmuş uşaqlara BCG peyvəndi mütləq aparılmalıdır, əks halda uşaqda vərəmə yoluxma və xəstələnmə riski arta bilər. Vərəmə görə yeni doğulmuşlara vurulan BCG peyvəndi vərəm ilə xəstələnmə riskini azaldır" deyə İradə Axundova bildirib.
Azərbaycanda vərəm xəstələrinin statistikası
Qeyd edək ki, ötən il Azərbaycanda 2877 insan bu xəstəliyə yoluxub. Rəsmi dövlət qeydiyyatında olan xəstələrin sayı isə 5169 nəfərdir. Xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. O, bildirib ki, son on ildə bu göstərici 2 dəfə azalıb. Bu da xəstəliyin vaxtında aşkar edilməsi, xəstənin dərhal müalicəyə cəlb olunması və müalicə kursunu uğurla başa çatması ilə əlaqədardır. 2021-ci ildə isə vərəm xəstəliyi ilə xəstələnməyə görə ilk dəfə qoyulan diaqnozların sayı 2 min 535 olub.
Vərəm dünyada ən çox ölümə səbəb olan infeksion xəstəlikdir!
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə vərəm dünyada infeksion xəstəliklər arasında ən çox ölümə səbəb olanlardan biridir. Bu xəstəlik hər il 1,6 milyon insanın həyatını itirməsinə səbəb olur və milyonlarla insana böyük iqtisadi zərər gətirərək əzab verir.