https://sputnik.az/20230412/macaristan-sirketi-azeri-light-neftini-muntezem-olaraq-emal-ede-biler-453684617.html
Macarıstan şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər
Macarıstan şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər
Sputnik Azərbaycan
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T23:01+0400
2023-04-12T23:01+0400
2023-04-12T23:01+0400
azeri light
neft-qaz
macarıstan
neft emalı zavodu
"azəri-çıraq-günəşli" (açg) yataqlar bloku
azəri-çıraq-günəşli
https://cdnn1.img.sputnik.az/img/40486/20/404862038_0:77:2001:1202_1920x0_80_0_0_6d83927cd4d6b1480a350b1980e11c34.jpg
BAKI, 12 aprel — Sputnik. "MOL Group" şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər. Şirkət ilk dəfə bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan nefti özünün "Slovnaft" Neft Emalı Zavoduna tədarük edib. "Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin", - şirkətdən bildirilib. "Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq. Qeyd edək ki, Macarıstanın "MOL" şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir. Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilə 1994-cü ilin sentyabrın 20-də imzalanıb. Məhz bu müqavilə Azərbaycanın neft-qaz sənayesinin dirçəliş dövrünə edilən ilk addım oldu. Müqavilə sahəsində istehsal prosesinin təşkili ilə yanaşı, AÇG-də istehsal olunan "Azəri Light" neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, habelə dəmir yolu ilə ixracına imkan verən zəruri nəqliyyat infrastrukturunun inkişafı və yaradılması işləri aparıldı. Hazırda ölkədə istehsal olunan neftin əksəriyyəti AÇG-nin payına düşür və bu blok ölkə iqtisadiyyatında olduqca vacib bir rol oynayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40486/20/404862038_146:0:1853:1280_1920x0_80_0_0_976533877abf656a3eda8cbe96c8089d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azeri light, macarıstan, neft emalı zavodu, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli
azeri light, macarıstan, neft emalı zavodu, "azəri-çıraq-günəşli" (açg) yataqlar bloku, azəri-çıraq-günəşli
Macarıstan şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq.
BAKI, 12 aprel — Sputnik. "MOL Group" şirkəti "Azeri Light" neftini müntəzəm olaraq emal edə bilər.
Şirkət ilk dəfə bu yaxınlarda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan nefti özünün "Slovnaft" Neft Emalı Zavoduna tədarük edib.
"Bu, birdəfəlik çatdırılma idi, lakin onu müntəzəm etmək imkanı var. Artıq şirkət qərar verə bilər ki, özünün AÇG yatağında hasil olunan xam neft payını satsın və ya onu özünün neft emalı zavoduna nəql etsin", - şirkətdən bildirilib.
"Azeri Light" neftindən istifadə etməklə neft məhsullarının sınaq istehsalı apreldə başlayacaq.
Qeyd edək ki, Macarıstanın "MOL" şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda səhmlərin 9,57%-nə sahibdir.
Xatırladaq ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilə 1994-cü ilin sentyabrın 20-də imzalanıb. Məhz bu müqavilə Azərbaycanın neft-qaz sənayesinin dirçəliş dövrünə edilən ilk addım oldu. Müqavilə sahəsində istehsal prosesinin təşkili ilə yanaşı, AÇG-də istehsal olunan "Azəri Light" neftinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, habelə dəmir yolu ilə ixracına imkan verən zəruri nəqliyyat infrastrukturunun inkişafı və yaradılması işləri aparıldı.
Hazırda ölkədə istehsal olunan neftin əksəriyyəti AÇG-nin payına düşür və bu blok ölkə iqtisadiyyatında olduqca vacib bir rol oynayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.