https://sputnik.az/20230412/komite-xeyli-miqdarda-dermanlarin-olkeye-getirilmesi-ucun-sened-teqdim-olunmalidir-453714896.html
Komitə: Xeyli miqdarda dərmanların ölkəyə gətirilməsi üçün sənəd təqdim olunmalıdır
Komitə: Xeyli miqdarda dərmanların ölkəyə gətirilməsi üçün sənəd təqdim olunmalıdır
Sputnik Azərbaycan
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar. 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T20:53+0400
2023-04-12T20:53+0400
2023-04-12T20:53+0400
dərman
cəmiyyət
dövlət gömrük komitəsi
icbari tibbi sığorta üzrə dövlət agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_0:0:3072:1728_1920x0_80_0_0_323caa8b3ddf4499553eff0a3902908e.jpg
BAKI, 12 aprel — Sputnik. Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar. DGK vətəndaşların diqqətinə çatdırır ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur. Vətəndaşların şəxsi istifadə üçün xaricdən gətirəcəyi dərmanların miqdarı müəyyən ediləcək Xatırladaq ki, ötən ilin dekabr ayında Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər. Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/05/437879961_341:0:3072:2048_1920x0_80_0_0_aa5f87bf0ed4197aad68a70cc67075e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dərman, dövlət gömrük komitəsi, icbari tibbi sığorta üzrə dövlət agentliyi
dərman, dövlət gömrük komitəsi, icbari tibbi sığorta üzrə dövlət agentliyi
Komitə: Xeyli miqdarda dərmanların ölkəyə gətirilməsi üçün sənəd təqdim olunmalıdır
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
BAKI, 12 aprel — Sputnik. Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.
DGK vətəndaşların diqqətinə çatdırır ki, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.
Vətəndaşların şəxsi istifadə üçün xaricdən gətirəcəyi dərmanların miqdarı müəyyən ediləcək
Xatırladaq ki, ötən ilin dekabr ayında Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib ki, mövcud qanunvericiliyə əsasən fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilərlər.
Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.