https://sputnik.az/20230412/hesablama-palatasi-alti-yoxlama-ile-bagli-materiallari-bas-prokurorluga-ve-dtx-ye-gonderib-453686511.html
Hesablama Palatası altı yoxlama ilə bağlı materialları Baş Prokurorluğa və DTX-yə göndərib
Hesablama Palatası altı yoxlama ilə bağlı materialları Baş Prokurorluğa və DTX-yə göndərib
Sputnik Azərbaycan
Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T11:53+0400
2023-04-12T11:53+0400
2023-04-12T11:53+0400
hesablama palatası
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/40974/37/409743723_0:156:1501:1000_1920x0_80_0_0_eeda0cb9d4dcc9a7f7d0ad00fca389a2.jpg
BAKI, 12 aprel — Sputnik. 2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib. Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb. Hesablama Palatası tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarına göndərilmiş materiallar aşağıdakılardır: 1.Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa; 2.İnnovasiya və Təchizat Mərkəzi" PHŞ - tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa; 3.Dövlət Sosial Müdafiə Fondu- Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa; 4.Gənclər və İdman Nazirliyi -2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə "Milli Karate Federasiyası" İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa; 5.Dövlət Gömrük Komitəsinin "Azerterminalkompleks" Birliyi - audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkar olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-yə; 6.Gəncə Regional Mədəniyyət İdarəsi- Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-yə. Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib. Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0,4 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40974/37/409743723_30:0:1363:1000_1920x0_80_0_0_cf1f84adad9dbc4cdecc486772bc1a92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hesablama palatası
Hesablama Palatası altı yoxlama ilə bağlı materialları Baş Prokurorluğa və DTX-yə göndərib
Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0,4 milyon manatın ödənilməsi təmin edilib.
BAKI, 12 aprel — Sputnik. 2022-ci ildə 6 nəzarət tədbiri üzrə materiallar Hesablama Palatası Kollegiyasının qərarına əsasən, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Hesablama Palatası tərəfindən hüquq-mühafizə və prokurorluq orqanlarına göndərilmiş materiallar aşağıdakılardır:
1.Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində toplanmış audit sübutları ilə bir sıra istiqamətlərdə cinayət tərkibinin əlamətlərinin olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
2.İnnovasiya və Təchizat Mərkəzi" PHŞ - tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin gömrük rəsmiləşdirilməsində göstərilən qiymətlərdən dəfələrlə çox olması və audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlə əlaqədar Baş Prokurorluğa;
3.Dövlət Sosial Müdafiə Fondu- Məlumatları təhrif edilmiş şəxsiyyət vəsiqələri əsasında 51 nəfərə 20.04.2013-cü il tarixinədək pensiya təyin olunaraq əlavə vəsait ödənilməsi halı və digər rayonlarda (şəhərlərdə) bu halın olma ehtimalı ilə əlaqədar Baş Prokurorluğa;
4.Gənclər və İdman Nazirliyi -2020-ci ilin 25-29 mart tarixlərində Bakı şəhərində 55-ci Avropa Çempionatının keçirilməsi məqsədilə "Milli Karate Federasiyası" İB-yə köçürülmüş vəsaitin aidiyyəti üzrə xərclənməsini təsdiq edən sənədlərin olmaması ilə əlaqədar Baş Prokurorluğa;
5.Dövlət Gömrük Komitəsinin "Azerterminalkompleks" Birliyi - audit sübutları ilə cinayət tərkibinin əlamətləri olan çoxsaylı hüquqpozmaların aşkar olunması, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş məktub əsasında DTX-yə;
6.Gəncə Regional Mədəniyyət İdarəsi- Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müraciəti ilə əlaqədar DTX-yə.
Qeyd edilib ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Hesablama Palatası tərəfindən göndərilmiş materiallar əsasında 1 tədbir üzrə vurulmuş ziyan ödənildiyindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 3 tədbirlə bağlı cinayət işi üzrə istintaqın davam etdiyi bildirilib.
Hesabatın tərtib edildiyi tarixə olan məlumatlara əsasən, hesabat ilində 2022-ci ilin nəzarət tədbirləri üzrə 1,5 milyon manatın, əvvəlki illərin nəzarət tədbirləri üzrə isə 0,4 milyon manatın ödənilməsi təmin edilib və bu istiqamətdə iş davam etdirilir.