SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlara qaytarmaq üçün intensiv addımlar atır"

© Photo : MFA Azerbaijan Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani ilə birgə mətbuat konfransı

Xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani ilə birgə mətbuat konfransı - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb.
BAKI, 12 aprel — Sputnik. "Biz keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın səylərini müzakirə etdik. Normallaşma prosesi üzrə formatlar və atılmış addımlar barədə məlumat verildi".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, görüş zamanı Azərbaycanın sülh müqaviləsi üzrə baza prinsipləri və danışıqların aparılmasına diqqət yetirilib.
Ceyhun Bayramovun sözlərinə görə, dekabrdan bəri Ermənistanın destruktiv yanaşması nəticəsində fiziki görüşlər olmayıb: "Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmaq üçün intensiv addımlar atır".
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani arasında təkbətək və geniştərkibli görüş başa çatıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
Xəbər lenti
0