SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin görüşü başlayıb - video

© Photo : MFA AzerbaijanAzərbaycanın XİN başçısı ilə ATƏT sədrinin görüşü
Azərbaycanın XİN başçısı ilə ATƏT sədrinin görüşü - Sputnik Azərbaycan, 1920, 12.04.2023
Abunə olmaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər nazirini qarşılayıb.
BAKI, 12 aprel — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani arasında görüş başlayıb.
C.Bayramov təşkilat sədrini Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.
Hazırda tərəflər arasında təkbətək görüş keçirilir.
Danışıqlardan sonra C.Bayramovla B.Osmani birgə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti bundan öncə məlumat yaymışdı ki, ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani Azərbaycana səfər edəcək.
Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün 10-13 aprel tarixlərində Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
O, parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər tərəfdaşlarla da görüşlər keçirəcək.
Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
Xəbər lenti
0