Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycanın kosmik sahəsi: keçmişi, bu günü və gələcəyi

Abunə olmaq
Azərbaycanın tanınmış kosmonavtları və ölkəmizdə aerokosmik sahəsinin inkişaf tarixi barədə Sputnik Azərbaycan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılovla danışıb.
Aprelin 12-də bütün dünya Kosmonavtika Gününü qeyd edir. Həmin gün biz Şamaxı Rəsədxanasında olduq və çox maraqlı məlumatlar öyrəndik.
Nəriman İsmayılovun sözlərinə görə, rəsədxananın tarixi 1959-cu ildən başlayır. Azərbaycanın müxtəlif yüksək dağlıq rayonlarında təşkil olunmuş astroiqlimi öyrənmək üzrə ekspedisiyalar nəticəsində Pirquli yaylasında rəsədxananın tikintisi barədə qərar qəbul edilib.
"Rəsədxana mövcud olduğu illər ərzində SSRİ-də kosmik sahənin və elmin formalaşmasında müstəsna rol oynayıb. Bu da təsadüfi deyil, çünki Azərbaycan alimləri həmişə göy cisimlərinin öyrənilməsinə xüsusi diqqət yetiriblər", - deyə Rəsədxanasının icraçı direktoru bildirib.
"Azərbaycan kosmonavtikaya çoxlu əvəzolunmaz kadrlar verib. Onların arasında Kərim Kərimov, Musa Manarov və başqaları da var. Bundan əlavə, Azərbaycanda aerokosmik sahəsinin inkişafında Heydər Əliyevin də rolunu xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyev sayəsində 1973-cü ilin oktyabrında Beynəlxalq Astronavtika Federasiyasının XXIV Konqresi Bakıda keçirilib", - deyə İsmayılov qeyd edib.
O, həmçinin rəhbərlik etdiyi qurumun gələcək planlarından, "Azərkosmos" ASC ilə əməkdaşlıqdan və bir çox digər məsələlərdən danışıb. Təfərrüatları videomuzdan izləyin.
Xəbər lenti
0