https://sputnik.az/20230412/azerbaycan-balkan-olkeleri-ile-qaz-infrastrukturuna-dair-sazis-imzalayacaq---nazir-453719435.html
Azərbaycan Balkan ölkələri ilə qaz infrastrukturuna dair saziş imzalayacaq - İNFOQRAFIKA
Azərbaycan Balkan ölkələri ilə qaz infrastrukturuna dair saziş imzalayacaq - İNFOQRAFIKA
Sputnik Azərbaycan
Ötən ay Macarıstanın Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş... 12.04.2023, Sputnik Azərbaycan
2023-04-12T21:19+0400
2023-04-12T21:19+0400
2023-04-12T21:32+0400
bolqarıstan
azərbaycan
macarıstan
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366900_0:114:3236:1934_1920x0_80_0_0_e68d6ca029fa1bd3b390a81ff108b396.jpg
BAKI, 12 aprel - Sputnik. Aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada altı ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri tərəfindən qaz infrastrukturunun genişləndirilməsinə dair saziş imzalanacaq. Bu barədə İnterfax Bolqarıstan Energetika Nazirliyinə istinadən məlumat yayıb.R.Xristov əlavə edib ki, beləliklə, Azərbaycandan qazın Bolqarıstan ərazisi ilə Mərkəzi Avropaya çatdırılması mümkün olacaq.Xatırladaq ki, ötən ay Macarıstanın aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırdığı barədə məlumat verilmişdi.Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd etmişdi ki, ölkəsi bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər və artıq konkret detallar üzrə danışıqlar aparılır."Əlbəttə ki, Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq", - xarici işlər naziri deyib.Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230404/macaristan-azerbaycandan-qaz-tedaruku-ile-bagli-muqavile-imzalayacaq-453377455.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447366900_253:0:2984:2048_1920x0_80_0_0_44020f0b9f324d75436f4e22e9a266c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bolqarıstan, azərbaycan, macarıstan, qaz
bolqarıstan, azərbaycan, macarıstan, qaz
Azərbaycan Balkan ölkələri ilə qaz infrastrukturuna dair saziş imzalayacaq - İNFOQRAFIKA
21:19 12.04.2023 (Yenilənib: 21:32 12.04.2023) Ötən ay Macarıstanın Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalayacağı bildirilmişdi.
BAKI, 12 aprel - Sputnik. Aprelin 25-26-da Bolqarıstanın paytaxtı Sofiyada altı ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri tərəfindən qaz infrastrukturunun genişləndirilməsinə dair saziş imzalanacaq. Bu barədə İnterfax Bolqarıstan Energetika Nazirliyinə istinadən məlumat yayıb.
“Aprelin 25-26-da Sofiyada bir neçə ölkə - Bolqarıstan, Türkiyə, Rumıniya, Slovakiya, Macarıstan və Azərbaycan arasında qaz infrastrukturunun genişləndirilməsi haqqında sazişin imzalanacağı gözlənilir”, - deyə ölkənin energetika naziri Rosen Xristov deyib.
R.Xristov əlavə edib ki, beləliklə, Azərbaycandan qazın Bolqarıstan ərazisi ilə Mərkəzi Avropaya çatdırılması mümkün olacaq.
Xatırladaq ki, ötən ay Macarıstanın aprelin sonunda Azərbaycandan təbii qazın tədarükü üçün Bolqarıstan və Rumıniya ilə Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırdığı barədə məlumat verilmişdi.
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışaraq qeyd etmişdi ki, ölkəsi bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Siyartonun sözlərinə görə, bu qazın bir hissəsi Türkiyədən keçə bilər və artıq konkret detallar üzrə danışıqlar aparılır.
"Əlbəttə ki, Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq", - xarici işlər naziri deyib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Tədarük 25 il üçün nəzərdə tutulub və həcmi 10 milyard kubmetrdən çox olmalıdır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.