https://sputnik.az/20230411/yaxin-3-ile-turkiye-qaza-olan-telebatinin-30-ni-qara-denizden-hasil-etmek-niyyetindedir-453595898.html
Yaxın 3 ilə Türkiyə qaza olan tələbatının 30%-ni Qara dənizdən hasil etmək niyyətindədir
Yaxın 3 ilə Türkiyə qaza olan tələbatının 30%-ni Qara dənizdən hasil etmək niyyətindədir
Sputnik Azərbaycan
2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində böyük qaz yatağı aşkar edilib - onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T09:53+0400
2023-04-11T09:53+0400
2023-04-11T09:53+0400
qaz
dünya xəbərləri
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_0:160:3072:1888_1920x0_80_0_0_32d8f185e62b66abd9c5032855fba217.jpg
BAKI, 11 aprel — Sputnik. Türkiyə 2026-cı ilə qədər qaza olan tələbatının 30%-ni Qara dənizdəki yataqlar hesabına ödəyərək idxaldan asılılığının azaldacağına ümid edir. "TRT Haber" dövlət telekanalının verdiyi xəbərdə belə deyiir. "Türkiyədə illik təbii qaz istehlakı 55-60 milyard kubmetr təşkil edir. Məqsəd 2026-cı ilə qədər Qara dəniz yatağından istehlak edilən qazın 30%-ni təmin etməkdir. Bunun xarici enerji daşıyıcılarından asılılığı əhəmiyyətli dərəcədə azaldacağına ümid edilir. Həmçinin, sistemə yerli qazın əlavə edilməsi təbii qazın idxalı üzrə müqavilələrdə Türkiyənin mövqeyini daha da gücləndirəcəyi gözlənilir", - deyə telekanal qeyd edib. Qeyd edək ki, 2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində böyük qaz yatağı aşkar edilib - onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. O zaman Prezident Rəcəb Tayyib Ərdoğan onu ölkədəki ən böyük yataq adlandırmışdı. O, həmçinin Qara dənizdə həcmi 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, Qara dəniz qazının ümumi ehtiyatlarının isə 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollar qiyməti olduğunu da bildirmişdi. Ərdoğan parlamentdəki çıxışı zamanı, həmçinin, onu da söyləyib ki, Türkiyənin Qara dəniz şelfində hasil etdiyi təbii qaz aprelin 20-dən başlayaraq milli paylama sisteminə axmağa başlayacaq. Bundan əlavə, bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Qara dənizdə aşkar edilən qaz 35 il ərzində məişət ehtiyaclarını ödəməyə qadirdir və əhali may ayından etibarən ondan öz evlərində istifadə edə biləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739826_171:0:2902:2048_1920x0_80_0_0_95eb69d5f51b4a22e79565350cad7671.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
qaz, türkiyə
Yaxın 3 ilə Türkiyə qaza olan tələbatının 30%-ni Qara dənizdən hasil etmək niyyətindədir
2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində böyük qaz yatağı aşkar edilib - onun həcmi 540 milyard kubmetr qiymətləndirilir.
BAKI, 11 aprel — Sputnik. Türkiyə 2026-cı ilə qədər qaza olan tələbatının 30%-ni Qara dənizdəki yataqlar hesabına ödəyərək idxaldan asılılığının azaldacağına ümid edir.
"TRT Haber" dövlət telekanalının verdiyi xəbərdə belə deyiir.
"Türkiyədə illik təbii qaz istehlakı 55-60 milyard kubmetr təşkil edir. Məqsəd 2026-cı ilə qədər Qara dəniz yatağından istehlak edilən qazın 30%-ni təmin etməkdir. Bunun xarici enerji daşıyıcılarından asılılığı əhəmiyyətli dərəcədə azaldacağına ümid edilir. Həmçinin, sistemə yerli qazın əlavə edilməsi təbii qazın idxalı üzrə müqavilələrdə Türkiyənin mövqeyini daha da gücləndirəcəyi gözlənilir", - deyə telekanal qeyd edib.
Qeyd edək ki, 2020-ci ildə Qara dənizdə Türkiyə sahillərində böyük qaz yatağı aşkar edilib - onun həcmi 540 milyard kubmetr qiymətləndirilir. O zaman Prezident Rəcəb Tayyib Ərdoğan onu ölkədəki ən böyük yataq adlandırmışdı. O, həmçinin Qara dənizdə həcmi 58 milyard kubmetr olan qaz yatağının aşkar edildiyini, Qara dəniz qazının ümumi ehtiyatlarının isə 710 milyard kubmetrə çatdığını və beynəlxalq bazarlarda 1 trilyon dollar qiyməti olduğunu da bildirmişdi.
Ərdoğan parlamentdəki çıxışı zamanı, həmçinin, onu da söyləyib ki, Türkiyənin Qara dəniz şelfində hasil etdiyi təbii qaz aprelin 20-dən başlayaraq milli paylama sisteminə axmağa başlayacaq.
Bundan əlavə, bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Qara dənizdə aşkar edilən qaz 35 il ərzində məişət ehtiyaclarını ödəməyə qadirdir və əhali may ayından etibarən ondan öz evlərində istifadə edə biləcək.