CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən mobil telefon gətirənlərin nəzərinə: Gömrük orqanlarına bəyan edilməlidir

© Photo : The State Customs Committee of ARMobil telefonlar, arxiv şəkli
Mobil telefonlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Dövlət Gömrük Komitəsinin verdiyi xəbərə görə, fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə portal.rinn.az üzərindən yoxlamaları tövsiyə olunur.
BAKI, 11 aprel — Sputnik. Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük orqanlarına yazılı (elektron) formada bəyan edilməlidir.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, aparılan təkmilləşdirilmələr çərçivəsində cari ilin fevral ayının 15-dən etibarən gömrük orqanlarına bəyan edilən mobil telefon və digər simsiz rabitə avadanlıqları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vahid elektron xidmətlər portalında qeydiyyata alınır.
Fiziki şəxslərin ölkə ərazisində əldə edəcəkləri mobil telefon və digər simsiz rabitə avadanlıqlarının qeydiyyata alınması barədə məlumatı IMEI kodu vasitəsilə müvafiq portal (portal.rinn.az) üzərindən yoxlamaları tövsiyə olunur.
Eyni zamanda Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı Mərkəzindən də məlumat almaq olar.
Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinə əsasən gömrük orqanlarına bəyan edilməyən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ölkə ərazisinə gətirilməsi məsuliyyət yarada bilər.

"Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, xaricdən gətirilən mobil telefonlar və digər simsiz rabitə avadanlıqları sərhədkeçmə anında mütləq şəkildə gömrük orqanlarına bəyan edilməlidir. Bəyannamə yazılı, yaxud elektron qaydada köşklər, e.customs.gov.az portalı və "Smart Customs" mobil tətbiqi vasitəsilə təqdim edilə bilər", - deyə məlumatda bildirilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0