https://sputnik.az/20230411/vyetnam-muharibe-zamani-itkin-dusen-esgerlerin-qaliqlarini-abs-a-tehvil-verib---qezet-453636954.html
Vyetnam müharibə zamanı itkin düşən əsgərlərin qalıqlarını ABŞ-a təhvil verib - Qəzet
Vyetnam müharibə zamanı itkin düşən əsgərlərin qalıqlarını ABŞ-a təhvil verib - Qəzet
Sputnik Azərbaycan
Əsgərlərin qalıqları Vyetnamın mərkəzi Nqean və Kuanqbin əyalətlərində keçirilən 150-ci birgə axtarış ekspedisiyası zamanı aşkar edilib. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T13:33+0400
2023-04-11T13:33+0400
2023-04-11T13:33+0400
vyetnam
dünya xəbərləri
müharibə
abş
itkin düşənlər
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1a/451063267_0:0:3000:1688_1920x0_80_0_0_378f3005972a021cc214aff7246a8d69.jpg
BAKI, 11 aprel — Sputnik. Vyetnam İtkin Şəxslər İdarəsi mərkəzi Dananq şəhərinin hava limanında Vyetnam müharibəsi zamanı həlak olmuş iki ABŞ hərbçisinin qalıqlarını Amerika tərəfinə təhvil vermək üçün mərasim keçirib. Bu barədə çərşənbə axşamı "Tien Fong" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, bu, 1973-cü ildə ABŞ hərbi kontingentinin Vyetnamdan çıxarılmasından sonra amerikalı əsgərlərin qalıqlarının repatriasiyasının 160-cı mərasimidir. Əsgərlərin qalıqları bu ilin fevralından aprelin əvvəlinə qədər Vyetnamın mərkəzi Nqean və Kuanqbin əyalətlərində keçirilən 150-ci birgə axtarış ekspedisiyası zamanı aşkar edilib.Tapılan insan sümükləri fraqmentləri Vyetnam və Amerika məhkəmə ekspertləri tərəfindən Dananqda araşdırılıb. Onlar sümüklərin hərbi qulluqçulara aid olduğu qənaətinə gəliblər və daha ətraflı araşdırma üçün tapıntıları ABŞ ordusunun Havay adalarında yerləşən və hərbi münaqişələrdə həlak olan əsgərlərin qalıqlarının tanınması ilə məşğul olan xüsusi laboratoriyasına göndərmək qərarına gəliblər. Vyetnam və ABŞ arasında müharibədə itkin düşənlərin qalıqlarının axtarışı və adlarının müəyyən edilməsi sahəsində qarşılıqlı əlaqə 1975-ci ildə Amerikanın Hind-çindəki hərbi kampaniyası başa çatdıqdan dərhal sonra başlayıb və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilib.1988-ci ildə Vyetnamda ABŞ Müdafiə Nazirliyinin nəzdində hərbi əsirlərin və döyüş əməliyyatları zamanı həlak olanların qeydiyyatı agentliyinin regional ofisinin açılmasından sonra bu əlaqələr daha böyük həcmdə fəallaşıb. Vyetnam-Amerika birgə axtarış işləri illərində mindən çox əsgərin qalıqlarını uğurla müəyyən edilərək ABŞ-a - vətəninə geri qaytarılıb. Qeyd edək ki, Hind-Çin müharibəsi zamanı 2000-dən çox amerikalı hərbçi və mülki şəxs itkin düşmüş hesab edilib. Onlardan 1,9 mindən çoxu Vyetnamdan, 500-ə yaxını Laosdan geri qayıtmayıb, 90 əsgər isə Kambocada itkin düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1a/451063267_357:0:3000:1982_1920x0_80_0_0_9dff47d2b99754cee839dd650567795c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyetnam, müharibə, abş, itkin düşənlər
vyetnam, müharibə, abş, itkin düşənlər
Vyetnam müharibə zamanı itkin düşən əsgərlərin qalıqlarını ABŞ-a təhvil verib - Qəzet
Əsgərlərin qalıqları Vyetnamın mərkəzi Nqean və Kuanqbin əyalətlərində keçirilən 150-ci birgə axtarış ekspedisiyası zamanı aşkar edilib.
BAKI, 11 aprel — Sputnik. Vyetnam İtkin Şəxslər İdarəsi mərkəzi Dananq şəhərinin hava limanında Vyetnam müharibəsi zamanı həlak olmuş iki ABŞ hərbçisinin qalıqlarını Amerika tərəfinə təhvil vermək üçün mərasim keçirib.
Bu barədə çərşənbə axşamı "Tien Fong" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, 1973-cü ildə ABŞ hərbi kontingentinin Vyetnamdan çıxarılmasından sonra amerikalı əsgərlərin qalıqlarının repatriasiyasının 160-cı mərasimidir. Əsgərlərin qalıqları bu ilin fevralından aprelin əvvəlinə qədər Vyetnamın mərkəzi Nqean və Kuanqbin əyalətlərində keçirilən 150-ci birgə axtarış ekspedisiyası zamanı aşkar edilib.
Tapılan insan sümükləri fraqmentləri Vyetnam və Amerika məhkəmə ekspertləri tərəfindən Dananqda araşdırılıb. Onlar sümüklərin hərbi qulluqçulara aid olduğu qənaətinə gəliblər və daha ətraflı araşdırma üçün tapıntıları ABŞ ordusunun Havay adalarında yerləşən və hərbi münaqişələrdə həlak olan əsgərlərin qalıqlarının tanınması ilə məşğul olan xüsusi laboratoriyasına göndərmək qərarına gəliblər.
Vyetnam və ABŞ arasında müharibədə itkin düşənlərin qalıqlarının axtarışı və adlarının müəyyən edilməsi sahəsində qarşılıqlı əlaqə 1975-ci ildə Amerikanın Hind-çindəki hərbi kampaniyası başa çatdıqdan dərhal sonra başlayıb və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirilib.
1988-ci ildə Vyetnamda ABŞ Müdafiə Nazirliyinin nəzdində hərbi əsirlərin və döyüş əməliyyatları zamanı həlak olanların qeydiyyatı agentliyinin regional ofisinin açılmasından sonra bu əlaqələr daha böyük həcmdə fəallaşıb. Vyetnam-Amerika birgə axtarış işləri illərində mindən çox əsgərin qalıqlarını uğurla müəyyən edilərək ABŞ-a - vətəninə geri qaytarılıb.
Qeyd edək ki, Hind-Çin müharibəsi zamanı 2000-dən çox amerikalı hərbçi və mülki şəxs itkin düşmüş hesab edilib. Onlardan 1,9 mindən çoxu Vyetnamdan, 500-ə yaxını Laosdan geri qayıtmayıb, 90 əsgər isə Kambocada itkin düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.