Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatrşünas: "Aktyorun qarnı tox olmalıdır"

© Photo : APAİlham Rəhimli
İlham Rəhimli - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə aktyorların maddi rifahının yüksək olmasının vacibliyini vurğulayıb. Dramaturq İsmayıl İman isə bildirib ki, teatrlar pyesləri dramaturqlardan pulla almaq istəmir.
BAKI, 11 aprel — Sputnik. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Bunu teatrşünas Elçin Cəfərov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
O bildirib ki, Azərbaycan teatrının yalnız dövlət vəsaitindən asılılığı onu geri salır:

"Əlavə sponsorlar olmalıdır. Teatrların heç birində marketinqlə bağlı şöbə yoxdur. Amma bu çox vacib məsələdir. Onların rəqəmsal marketinqlə bağlı problemləri var. Teatrların bir qarnı ac, bir qarnı tox olması düşüncəsi yanlışdır".

© Sputnik / Murad OrujovElçin Cəfərov
Elçin Cəfərov - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Elçin Cəfərov
Teatrşünas-tənqidçi, Əməkdar incəsənət xadimi İlham Rəhimli isə aktyorların maddi rifahının yüksək olmasının vacibliyini vurğulayıb:
"Aktyorun qarnı tox olmalıdır. Aktyor var ki, işdən sonra mühafizəçi işləyir. Çünki kirayə haqqını verməlidir. Gənc aktyorların çoxu evsizdir".
Teatr Forumunda çıxış edən dramaturq İsmayıl İman bildirib ki, teatrlar pyesləri dramaturqlardan pulla almaq istəmir. Onun sözlərinə görə, bu da peşəkar dramaturqların yaranmasına mane olur: "Pandemiya dövründə mən bir layihədə işləyirdim, nazirlik dəyişdi. Nəticədə də layihə qaldı və 8 ay işləməyimə baxmayaraq, qonorarımı ala bilmədim".
Xalq artisti Afaq Bəşirqızı çıxışı zamanı aktyorların maaşının azlığı məsələsinə toxunub:
Afaq Bəşirqızı
Afaq Bəşirqızı - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Afaq Bəşirqızı
"Teatr sahəsində, aktyorların ümumi vəziyyətində problem çoxdur. Mən çox xahiş edirəm, aktyorların maaşı məsələsinə baxılsın", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0