https://sputnik.az/20230411/taleyin-umidine-atilmis-xeyli-muharibe-istirakcisi-var---deputat-453644168.html
“Taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var" - Deputat
“Taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var" - Deputat
Sputnik Azərbaycan
Deputat təklif edib ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Bu məsələ ilə bağlı dinləmə... 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T12:06+0400
2023-04-11T12:06+0400
2023-04-11T12:54+0400
razi nurullayev
cəmiyyət
deputat
qarabağ müharibəsi veteranı
https://cdnn1.img.sputnik.az/img/41395/15/413951503_0:7:1365:775_1920x0_80_0_0_90fb97c0505b56ece3590011fbe0fe36.jpg
BAKI, 11 aprel-Sputnik. “YAŞAT” Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb “YAŞAT” Fondunda vəsaitlərin çox az olmasıdır. Bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür. Deputat təklif edib ki, Dövlət Neft Fondundan hər il birdəfəlik vəsait “YAŞAT” Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, “YAŞAT” Fonduna vəsait köçürməkdə davam etsinlər. Deputat təklif edib ki, bu məsələ ilə bağlı dinləmə keçirək:"Bəlkə verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm". Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41395/15/413951503_0:0:1365:1024_1920x0_80_0_0_612e1967bdedb6c2e0cdbe5f57f2f1a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
razi nurullayev, deputat, qarabağ müharibəsi veteranı
razi nurullayev, deputat, qarabağ müharibəsi veteranı
“Taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var" - Deputat
12:06 11.04.2023 (Yenilənib: 12:54 11.04.2023) Deputat təklif edib ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Bu məsələ ilə bağlı dinləmə keçirək.
BAKI, 11 aprel-Sputnik. “YAŞAT” Fonduna müraciət çoxdur və artıq kütləvi imtinalar edilir ki, bu da haqlı narazılıq yaradır. Səbəb “YAŞAT” Fondunda vəsaitlərin çox az olmasıdır.
Bunu deputat Razi Nurullayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, amma hələ də həm İkinci, həm də Birinci Qarabağ müharibəsindən minlərlə müalicə istəyənlər var. Hər gün qapımızı onlarla qazi və onların valideynləri döyür.
Deputat təklif edib ki, Dövlət Neft Fondundan hər il birdəfəlik vəsait “YAŞAT” Fonduna köçürülsün. İmkanlı şəxslərə də müraciət edirəm ki, “YAŞAT” Fonduna vəsait köçürməkdə davam etsinlər.
"Bununla bərabər, yüzlərlə müharibə iştirakçısı müalicəsinin davam etdirmək üçün, əlillik almaq üçün çalışır. Onlar nə tam sağlamdır nə də əllillik təyinatı üçün tam xəstə. Belə olan halda, bizlər, dövlət qurumları da çətin suallarla üz-üzə qalırıq, müharibə iştirakçısı da qapıları döyməkdə və sosial şəbəkələrdə görünməkdə davam edir. Qınamaq da olmur. Onların iş yerləri ilə təminatında çox ciddi problemlər mövcuddur. Onda sual olunur ki, onlar necə dolansın və dərmanlarını hansı vəsaitlə alsın? Təklif edirəm ki, bu cür şəxslərin siyahısı müəyyən edilsin və onlara üç il müddətinə 600-800 manat arası vəsait ödənilsin. Doğurdan da taleyin ümidinə atılmış xeyli müharibə iştirakçısı var" - deyə, deputat diqqətə çatdırıb.
Deputat təklif edib ki, bu məsələ ilə bağlı dinləmə keçirək:
"Bəlkə verilən təkliflər içərisində elə səmərəlisi olacaq ki, həm biz həm də hökumət bəyənəcək. Mən şəxsən daha o şəxslərin telefonuna da cavab verə bilmirəm".
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.