Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Svetlana Orlova: Heydər Əliyev güclü xarakterə malik olan əsrin məşhur siyasətçisidir

Abunə olmaq
2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur.
Rusiyanın dövlət xadimi, hazırda RF Hesablama Palatasının auditoru Svetlana Orlova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Orlova bildirib ki, Heydər Əliyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük töhfələr verən əsrin məşhur siyasətçisidir.
Sputnik Azərbaycan-ın həmsöhbəti qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı üçün çox işlər görüb, o cümlədən Baykal-Amur magistralının tikintisi üzrə komissiyaya rəhbərlik edib.
"Heydər Əliyevin Azərbaycana qayıdışı böyük hadisə olub. Onun dözümlülüyü, istedadı, xalqa və adət-ənənələrə dərindən bələdliyini qeyd etmək lazımdır. Çətin vaxtlar olub, lakin sadə vətəndaşlar ona təkcə rəhbər kimi deyil, həm də şəxsiyyət kimi hörmət edib onu seviblər. O, səylərini əsirgəmədən ölkəsi üçün bütün imkanları reallaşdırıb", - deyə Orlova vurğulayıb.
O, həmçinin qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqının iqtisadiyyatının inkişafı üçün çox işlər görüb, o dövrün bütün çətinliklərinə baxmayaraq, qarşıya məqsədlər qoyaraq onlara nail olub.
Orlovavanın sözlərinə görə, hazırda Rusiya Azərbaycan parlamentlərinin əməkdaşlığın inkişafı istiqamətində işlər gedir, humanitar sahədə kooperasiya müzakirə olunur və həyata keçirilir.
"İlham Əliyev və Vladimir Putin arasında sıx əlaqələr iki ölkənin logistika və nəqliyyat dəhlizləri sahəsində çoxşaxəli əməkdaşlığın əsasını təşkil edir", - deyə Orlova fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0