https://sputnik.az/20230411/sud-vezi-toremeleri-bedxasseli-sise-nece-cevrilir---onkoloq-cerrahdan-aciqlama-453596174.html
Süd vəzi törəmələri bədxassəli şişə necə çevrilir - Onkoloq-cərrahdan açıqlama
Süd vəzi törəmələri bədxassəli şişə necə çevrilir - Onkoloq-cərrahdan açıqlama
Sputnik Azərbaycan
Həqiqət Vəliyeva bildirib ki, ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T09:03+0400
2023-04-11T09:03+0400
2023-04-11T09:03+0400
onkoloq
səhiyyə
onkologiya
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_0:0:3640:2048_1920x0_80_0_0_4069e286d632fd90ed4a60611d03849f.jpg
BAKI, 11 aprel — Sputnik. Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva bildirib. Onun sözlərinə görə, süd vəzində yaranmış hər hansı bir xoşxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur: "Bəzən isə xoşxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər. Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar var". Onkoloq-cərrah deyib ki, son illərdə bütün dünyada süd vəzi xərçənginin "cavanlaşması" müşahidə edilir: "20-30 yaşlarda olan qadınlarda daha çox süd vəzində xoşxassəli şişlər rast gəlir. Bu yaşdan yuxarı qadınlarda süd vəzində bədxassəli şişlərə daha tez-tez rast gəlinir. 50-70 yaş isə süd vəzi xərçəngi üçün pik yaş hesab edilir. Bu yaşdan yuxarı qadınlarda artıq süd vəzi xərçənginin rastlanma faizi nisbətən aşağı olur. Bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər. Bunlara sinir sistemi xəstəlikləri, qalxanvari vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar. Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə bir-birindən fərqlənir. İlk mərhələdə əksər bədxassəli şişlərdən cərrahi müalicə ilə tamamilə qurtulmaq mümkündür. Şüa müalicəsini əlavə etməklə cərrahi müalicənin də həcmini azaldaraq, bu mərhələdə çox az hallarda süd vəzinin götürülməsi aparılır. Bəzi hallarda isə endokrin terapiyanın istifadəsi xəstələrin residivsiz sağ qalma müddətinin artmasına yardım edir. Artıq sonrakı mərhələlərdə kimya terapiya təyin olunur. Daha gec mərhələlərdə xəstəliyin əsas müalicə üsulu olan cərrahiyyədən ilkin olaraq istifadə etməsi lazımi effekt vermir. Bu hallarda neoadyuvant kimya terapiya adlandırdığımız, yəni cərrahiyyədən öncə aparılan kimya terapiya ilə müalicəyə başlamaq məcburiyyətində qalırıq. Xəstəliyin IV mərhələsində isə nadir hallarda cərrahi üsulla müalicə aparılır. Bu mərhələdə daha çox kimyəvi terapiya, şüa müalicəsi və immunoterapiya metodları tətbiq olunur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_547:0:3278:2048_1920x0_80_0_0_f8aeab2ca331f4bfccb3934f9eb26a6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
onkoloq, onkologiya
Süd vəzi törəmələri bədxassəli şişə necə çevrilir - Onkoloq-cərrahdan açıqlama
Həqiqət Vəliyeva bildirib ki, ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır.
BAKI, 11 aprel — Sputnik. Süd vəzi törəmələri 90 faiz hallarda bədxassəli deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva bildirib. Onun sözlərinə görə, süd vəzində yaranmış hər hansı bir xoşxassəli şişin bədxassəli şişə çevrilməsi üçün uzun müddət tələb olunur:
"Bəzən isə xoşxassəli şiş aşkar olan insanın düzgün olmayan həyat tərzi, zərərli vərdişləri, qeyri-sağlam qidalanması, hormonal preparatların nəzarətsiz istifadəsi və s. amillər bu müddəti qısaldaraq, şişlərin böyüməsinə və bədxassəli törəmələrin inkişafına səbəb ola bilər.
Süd vəzinin ən çox rast gəlinən xoşxassəli şişi olan fibroadenomalar 1 faiz hallarda bədxassəli şişə çevrilir. Ən çox bədxassəli şişə çevrilmə ehtimalı olan süd vəzinin xoşxassəli şişi isə süd vəzinin axardaxili papillomalarıdır. Ədəbiyyatda bu riskin 10-33 faizə qədər olduğu haqda məlumatlar var".
Onkoloq-cərrah deyib ki, son illərdə bütün dünyada süd vəzi xərçənginin "cavanlaşması" müşahidə edilir:
"20-30 yaşlarda olan qadınlarda daha çox süd vəzində xoşxassəli şişlər rast gəlir. Bu yaşdan yuxarı qadınlarda süd vəzində bədxassəli şişlərə daha tez-tez rast gəlinir. 50-70 yaş isə süd vəzi xərçəngi üçün pik yaş hesab edilir. Bu yaşdan yuxarı qadınlarda artıq süd vəzi xərçənginin rastlanma faizi nisbətən aşağı olur.
Bir çox xəstəliklər süd vəzlərinə də öz mənfi təsirini göstərə bilər. Bunlara sinir sistemi xəstəlikləri, qalxanvari vəzidə olan müxtəlif dəyişikliklər, ginekoloji xəstəliklər, bir çox endokrin-metabolik xəstəliklər, genetik xəstəliklər, qaraciyər xəstəlikləri və başqalarını göstərmək olar.
Süd vəzi xərçənginin müalicəsi ilk və sonrakı mərhələlərdə bir-birindən fərqlənir. İlk mərhələdə əksər bədxassəli şişlərdən cərrahi müalicə ilə tamamilə qurtulmaq mümkündür. Şüa müalicəsini əlavə etməklə cərrahi müalicənin də həcmini azaldaraq, bu mərhələdə çox az hallarda süd vəzinin götürülməsi aparılır. Bəzi hallarda isə endokrin terapiyanın istifadəsi xəstələrin residivsiz sağ qalma müddətinin artmasına yardım edir.
Artıq sonrakı mərhələlərdə kimya terapiya təyin olunur. Daha gec mərhələlərdə xəstəliyin əsas müalicə üsulu olan cərrahiyyədən ilkin olaraq istifadə etməsi lazımi effekt vermir. Bu hallarda neoadyuvant kimya terapiya adlandırdığımız, yəni cərrahiyyədən öncə aparılan kimya terapiya ilə müalicəyə başlamaq məcburiyyətində qalırıq. Xəstəliyin IV mərhələsində isə nadir hallarda cərrahi üsulla müalicə aparılır. Bu mərhələdə daha çox kimyəvi terapiya, şüa müalicəsi və immunoterapiya metodları tətbiq olunur".