Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah qar yağacağı ehtimalı var

Yağış - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var
BAKI, 11 aprel — Sputnik. Aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən o da bildirilib ki, sabah ölkə ərazisində gecə və səhər saatlarında magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Aprelin 12-də Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Laçın-Həkəri, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Goran-Naftalan, Xaldan-Mingəçevir, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
Xəbər lenti
0