https://sputnik.az/20230411/nikaha-daxil-olmaq-isteyenlerin-tibbi-muayinesi-ile-bagli-maddeye-deyisiklik-edilir-453661822.html
Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi ilə bağlı maddəyə dəyişiklik edilir
Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi ilə bağlı maddəyə dəyişiklik edilir
Sputnik Azərbaycan
Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə... 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T23:27+0400
2023-04-11T23:27+0400
2023-04-11T23:28+0400
nikah
cəmiyyət
qanun
dəyişiklik
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358325_0:129:3073:1857_1920x0_80_0_0_9502e32d0df064219e8f2adea68a1e89.jpg
BAKI, 11 aprel — Sputnik. Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb. Parlamentin bu gün keçirilən iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək. Bundan əlavə, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması, habelə adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsindən çıxarış dərhal "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək. Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Ailə Məcəlləsində mövcud 13-cü maddə belədir: Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir. 13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. 13.4. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. 13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358325_0:0:2731:2048_1920x0_80_0_0_763e5685aa9eb84e7dd666441d4c64e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nikah, qanun, dəyişiklik
Nikaha daxil olmaq istəyənlərin tibbi müayinəsi ilə bağlı maddəyə dəyişiklik edilir
23:27 11.04.2023 (Yenilənib: 23:28 11.04.2023) Nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
BAKI, 11 aprel — Sputnik. Milli Məclisdə Ailə Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
Parlamentin bu gün keçirilən iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib ki, qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin və Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Bundan əlavə, layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması, habelə adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmə qətnaməsindən çıxarış dərhal "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Vurğulanıb ki, qanun layihəsinin qəbulu sənədlərin təqdim edilməsi ilə bağlı problemlərin aradan qaldırılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına səbəb olacaq.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Ailə Məcəlləsində mövcud 13-cü maddə belədir:
Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi
13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində müvafiq olaraq dövlət və ya yerli büdcənin vəsaitləri hesabına ("Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) həyata keçirilir.
13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
13.4. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.