https://sputnik.az/20230411/neft-abs-dan-gelecek-statistik-melumatlarin-gozlenilmesi-uzunden-bahalasib-453640967.html
Neft ABŞ-dan gələcək statistik məlumatların gözlənilməsi üzündən bahalaşıb
Neft ABŞ-dan gələcək statistik məlumatların gözlənilməsi üzündən bahalaşıb
Sputnik Azərbaycan
Treyderlər Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T11:59+0400
2023-04-11T11:59+0400
2023-04-11T11:59+0400
neft
neft-qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283733_0:0:3072:1728_1920x0_80_0_0_53aa51beef7d12402071af3122aed640.jpg
BAKI, 11 aprel — Sputnik. Çərşənbə axşamı, aprelin 11-i səhər-səhər dünya neft qiymətləri ABŞ-da bu xammalın ehtiyatları da daxil olmaqla, bir sıra makroiqtisadi məlumatların açıqlanmasından əvvəl yüksəlir. Bakı vaxtı ilə saat 09:48-ə olan məlumata görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 0,72% artaraq 84,79 dollar/barelə, "WTI" markalı neftin may fyuçersləri 0,82% artaraq 80,39 dollar/barelə çatıb. Bazarlar çərşənbə günü ABŞ-ın kommersiya neft ehtiyatlarına dair məlumatların açıqlanmasını səbirsizliklə gözləyirlər. Analitiklər hesab edirlər ki, aprelin 7-dək olan həftə ərzində ölkədə ehtiyatlar bir həftə əvvəl 3,74 milyon barel azaldıqdan sonra 1,3 milyon barel azalıb.Bundan əlavə, benzin ehtiyatlarının 4,1 milyon barel azaldıqdan sonra 1,5 milyon barel, distillat ehtiyatlarının isə 3,63 milyon barel azaldıqdan sonra 0,75 milyon barel azalacağı gözlənilir. Treyderlər, həmçinin Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər. Belə ki, analitiklər ABŞ-da illik inflyasiyanın mart ayında bir ay əvvəl 6%-dən 5,2%-ə enəcəyini proqnozlaşdırıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283733_244:0:2975:2048_1920x0_80_0_0_1a3fc125cf448ca4c4097f6ef506f864.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, qiymət
Neft ABŞ-dan gələcək statistik məlumatların gözlənilməsi üzündən bahalaşıb
Treyderlər Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər.
BAKI, 11 aprel — Sputnik. Çərşənbə axşamı, aprelin 11-i səhər-səhər dünya neft qiymətləri ABŞ-da bu xammalın ehtiyatları da daxil olmaqla, bir sıra makroiqtisadi məlumatların açıqlanmasından əvvəl yüksəlir.
Bakı vaxtı ilə saat 09:48-ə olan məlumata görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 0,72% artaraq 84,79 dollar/barelə, "WTI" markalı neftin may fyuçersləri 0,82% artaraq 80,39 dollar/barelə çatıb.
Bazarlar çərşənbə günü ABŞ-ın kommersiya neft ehtiyatlarına dair məlumatların açıqlanmasını səbirsizliklə gözləyirlər. Analitiklər hesab edirlər ki, aprelin 7-dək olan həftə ərzində ölkədə ehtiyatlar bir həftə əvvəl 3,74 milyon barel azaldıqdan sonra 1,3 milyon barel azalıb.
Bundan əlavə, benzin ehtiyatlarının 4,1 milyon barel azaldıqdan sonra 1,5 milyon barel, distillat ehtiyatlarının isə 3,63 milyon barel azaldıqdan sonra 0,75 milyon barel azalacağı gözlənilir.
Treyderlər, həmçinin Federal Ehtiyat Sisteminin mayın 3-də keçiriləcək iclasında nəzərə alınacaq iqtisadi məlumatların açıqlanmasını gözləyirlər. Belə ki, analitiklər ABŞ-da illik inflyasiyanın mart ayında bir ay əvvəl 6%-dən 5,2%-ə enəcəyini proqnozlaşdırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.