https://sputnik.az/20230411/naxcivan-herbi-prokurorlugu-dovlet-orqanlarinin-tesnifatindan-cixarilir-453650539.html
Naxçıvan Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır
Naxçıvan Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır
Sputnik Azərbaycan
Qeyd edilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb. 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T15:21+0400
2023-04-11T15:21+0400
2023-04-11T15:21+0400
naxçıvan
cəmiyyət
hərbi prokurorluq
dövlət
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 11 aprel - Sputnik. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb. Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır. Qeyd edilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb.Nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsi, onların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
naxçıvan, hərbi prokurorluq, dövlət
naxçıvan, hərbi prokurorluq, dövlət
Naxçıvan Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır
Qeyd edilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb.
BAKI, 11 aprel - Sputnik. Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu dövlət orqanlarının təsnifatından çıxarılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" və "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Naxçıvan Muxtar Respublikasının hərbi prokuroru isə prokurorluqda vəzifələrin təsnifatından çıxarılır.
Qeyd edilib ki, sənədlər Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydasının dəyişdirilməklə yenidən təşkil olunması ilə əlaqədar hazırlanıb.
Nəzərdə tutulan dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsi, onların xidməti fəaliyyətinin daha da yaxşılaşdırılması və səmərəliliyinin artırılmasına, qanunla onlara həvalə edilmiş vəzifələrin icrası səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.