Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kitabxanalara işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi elan olunub

© Sputnik / Ilham MustafayevQazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Nazirlikdən verilən məlumata görə, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək .
BAKI, 11 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi mayın 15-də başlayacaq.
Bu barədə Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcək.
Müsahibə proqramına əsasən, hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaq.
Namizədlərlə müsahibələrin keçirilmə qrafiki Mədəniyyət Nazirliyinin rəsmi saytında yerləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0