https://sputnik.az/20230411/erdogan-yeniden-prezident-secileceyi-teqdirde-goreceyi-isleri-aciqlayib-453666329.html
Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb
Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb
Sputnik Azərbaycan
Rəcəb Tayyib Ərdoğan gələcək planlarından danışarkən bildirib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi... 11.04.2023, Sputnik Azərbaycan
2023-04-11T21:06+0400
2023-04-11T21:06+0400
2023-04-11T21:06+0400
ərdoğan
dünya xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237105_0:196:2945:1853_1920x0_80_0_0_f801c998e30576fc9e73e646fce299e0.jpg
BAKI, 11 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində bildirib ki, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: ""Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir. Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq". Bu barədə Report bildirir.Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Hadisə nəticəsində 50 mindən çox insan həlak olub. Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır. "Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür. "Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. "Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək. Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir. Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237105_107:0:2838:2048_1920x0_80_0_0_41fb350b5035bfed207123aba4827e3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyip ərdoğan
ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rəcəb tayyip ərdoğan
Ərdoğan yenidən prezident seçiləcəyi təqdirdə görəcəyi işləri açıqlayıb
Rəcəb Tayyib Ərdoğan gələcək planlarından danışarkən bildirib ki, fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etmək prioritet məsələlərdəndir
BAKI, 11 aprel — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının seçki platforması və millət vəkilliyinə namizədlərinin ictimaiyyətə təqdim olunması mərasimində bildirib ki, vətəndaşlarının can və mal təhlükəsizliyi hakimiyyət üçün ən vacib məqamdır: ""Gələcək dövrdə prioritetimiz fevralın 6-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq, dağılmış şəhərlərimizi bərpa etməkdir. Şəhərlərimizi təbii fəlakətlərə qarşı daha hazırlıqlı vəziyyətə gətirməyə çalışacağıq". Bu barədə Report bildirir.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Hadisə nəticəsində 50 mindən çox insan həlak olub.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparacaq. Bunlar "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə və "Ata İttifaqı"nın namizədi Sinan Oğandır.
"Cümhur İttifaqı"na Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası və Hür Dava Partiyası üzvdür.
"Millət İttifaqı"nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
"Ata" ittifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaq partiyaları daxildir.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, mayın 14-də ümumilikdə 60 904 499 seçici səs verəcək.
Türkiyədən kənarda olan seçicilərin sayı isə 3 286 786 nəfərdir.
Ölkənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək.