Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Əli Əmirli ƏSA Teatrına dövlət teatrı statusu verilməsini təklif edib

© Photo : Courtesy of ESA TheatreƏSA Teatrı Rusiyanın “İsti ürək” mükafatına layiq görülüb
ƏSA Teatrı Rusiyanın “İsti ürək” mükafatına layiq görülüb - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Dramaturq Teatr Forumunda Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrına dövlət statusunun verilməsini təklif edib.
BAKI, 11 aprel — Sputnik. ƏSA Teatrına dövlət teatrı statusu verilməsi təklif edilib. Bu təkliflə yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxış edib.
O bildirib ki, ƏSA Teatrı ölkədə fəaliyyət göstərən yeganə inkluziv teatrdır. Bu səbəbdən ona dövlət teatrı statusu verilməlidir.
© Photo : APAƏli Əmirli
Əli Əmirli - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Əli Əmirli
ƏSA Teatrı nə vaxt yaranıb?
Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılıb. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olub.
Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilib. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0