DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bu ölkədə fövqəladə vəziyyət ləğv edilib

© Anna Moneymaker / Getty Images / AFP Ağ Evə mənzərə
Ağ Evə mənzərə - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Fövqəladə vəziyyət rejimi müxtəlif məhdudlaşdırıcı tədbirlərin hüquqi əsası kimi 2020-ci il yanvarın 31-dən tətbiq edilib və aprelin 11-də başa çatıb.
BAKI, 11 aprel — Sputnik. ABŞ Prezidenti Co Bayden koronavirus pandemiyası səbəbindən üç ildən artıqdır qüvvədə olan fövqəladə vəziyyəti ləğv edən qanun layihəsini imzalayıb.
Bu barədə Ağ Ev xəbər verib.
"Prezident COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti ləğv edən qanunu imzalayıb", - Ağ Evin mətbuat xidmətinin bəyanatında belə deyilir.
Fövqəladə vəziyyət rejimi müxtəlif məhdudlaşdırıcı tədbirlərin hüquqi əsası kimi 2020-ci il yanvarın 31-dən tətbiq edilib və aprelin 11-də başa çatıb. Ağ Ev daha əvvəl Konqresə onu daha bir ay uzatmaq və sonra onu ləğv etmək niyyəti barədə məlumat vermişdi.
Lakin deputatlar fövqəladə vəziyyətə dərhal son qoymaq üçün qanun layihəsini təsdiqləyiblər, Bayden isə onu imzalayıb.
Xəbər lenti
0