CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan müttəfiq ölkələr ilə əməkdaşlığı daha da gücləndirməlidir - Deputat

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev - Sputnik Azərbaycan, 1920, 11.04.2023
Abunə olmaq
Deputat bildirib ki, Azərbaycana qarşı təhdidlərin öhdəsindən gəlmək üçün Türk Dövlətləri Təşkilatları çərçivəsində tək iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik.
BAKI, 11 aprel - Sputnik. “Azərbaycan müttəfiq ölkələr, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirməlidir”. Bunu deputat Tural Gəncəliyev parlamentin aprelin 11-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni geosiyasi reallıqları, əldə etdiyi uğurları həzm edə bilməyən qüvvələr, onların bağlı olduğu güc mərkəzləri, dairələr ölkəyə qarşı məkrli planlarını həyata keçirmək üçün dəridən-qabıqdan çıxırlar:

“Düzdür, Azərbaycan bu çağırışların, təhdidlərin öhdəsindən gəlmək üçün güclü liderə, orduya və kifayət qədər dayanıqlı inkişafa malikdir. Lakin bununla belə, Azərbaycan həm müttəfiq ölkələrlə, həm də təmsil olunduğu beynəlxalq təşkilatlarla inteqrasiya sahəsində əməkdaşlığı daha da artırmalıdır. Azərbaycana qarşı təhdidlərin öhdəsindən gəlmək üçün Türk Dövlətləri Təşkilatları çərçivəsində tək iqtisadi, humanitar, mədəni məsələləri deyil, eyni zamanda müdafiə, təhlükəsizlik, hərbi məsələləri də müzakirə etməliyik. Bunu müasir dövrdə üzləşdiyimiz təhdidlər bizdən tələb edir”.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub.
Altı türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir.
Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənddə olmaqla doqquz Zirvə görüşü keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0