https://sputnik.az/20230410/yay-movsumu-azerbaycan-turizmi-ucun-oten-ilden-daha-ugurlu-olacaq---dubendi-453565126.html
Yay mövsümü Azərbaycan turizmi üçün ötən ildən daha uğurlu olacaq - Dübəndi
Yay mövsümü Azərbaycan turizmi üçün ötən ildən daha uğurlu olacaq - Dübəndi
Sputnik Azərbaycan
Ekspert hesab edir ki, bu il turizmlə bağlı proqnozlar daha müsbətdir, bazarda dinamiklik müşahidə olunacaq. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T09:29+0400
2023-04-10T09:29+0400
2023-04-10T09:29+0400
cəmiyyət
turizm
azərbaycan
artım
https://cdnn1.img.sputnik.az/img/41945/50/419455067_2:0:3643:2048_1920x0_80_0_0_f7bbc261e3d9d8a2e8e9122c486a1196.jpg
BAKI, 10 aprel — Sputnik. Turizm sektorunda yay mövsümünə hazırlıq davam edir. Maraqlıdır, bu il yay turizmi ilə bağlı proqnozlar nədir?Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daha öncəki iki illə müqayisədə bu yay Azərbaycanda da nisbətən turist aktivliyinin artacağı gözlənilir:"Pandemiyadan öncəki il - 2019-cu illə müqayisədə Azərbaycanda turizm 50 faiz, dünya ölkələrində isə 60 faiz bərpa olunmuşdu. Ümid edirik ki, bu yayda ötən illə müqayisədə daha çox aktivlik olacaq". "Turizm üzrə ekspertlərin qənaətinə görə bu il turizm bazarı 80 faizədək bərpa oluncaq. Bununla da pandemiyadan öncəki vəziyyətə, göstəricilərə daha yaxın olacağıq", - deyə o əlavə edib. Lakin maneələr tam aradan qalxmayıb Ekspert onu da qeyd edir ki, pandemiyadan öncəki vəziyyətin bərpa olunacağını demək çətindir:O bildirir ki, hazırda turizm cənub bölgəsində inkişaf etsə də, şimal və şimal-qərb bölgəsində vəziyyət fərqlidir:"Bu bölgələrdə təbiət çox gözəl olsa da, festivallar keçirilsə də infrasturktur o qədər də inkişaf etməyib. Ümumilikdə isə qeyd edim ki, paytaxta daha yaxın regionlarda isə turizm daha çox inkişaf edib. Sürət qatarı olarsa, paytaxt sakinləri bütün bölgələrə üz tutar". Tələbat artanda axsamalar da olur Ekspert həmçinin qeyd edir ki, yay turizmində tələbat çox olanda müəyyən çətinliklər də ortaya çıxır. Hotellərin sayına gəldikdə, mütəxəssis bildirir ki, onların sayı az olsa da, turizm bazarında kənd evlərinin sayı ildən-ilə artmaqdadır ki, bu da bazarda daha uyğun qiymət və seçim imkanı yaradır:"Bazar iştirakçıları daha çox olsa rəqabətli mühit qiymət və xidmətin keyfiyyətində də öz sözünü deyəcək". Turistlərin əsas şikayəti isə qiymətlərlə bağlıdır C.Aşurov qeyd edir ki, turistlər daha çox qiymətlərdən şikayətlənirlər. Turizm üzrə digər ekspert Samir Dübəndi isə Sputnik Azərbaycan-a açıqlamasında öncə rəqəmlərə nəzər yetirib:"Pandemiya ilə əlaqədar olan məhdudiyyətlər aradan qalxıb, ölkələr arasında hava nəqliyyatı bərpa olur, vizaların verilməsi əvvəlki qaydasına qayıdır, o cümlədən yeni birbaşa uçuşlar açılır. Əminliklə demək olar ki, əgər turizmə mənfi təsir göstərən hər hansı bir hadisə baş verməzsə, bu il Azərbaycan üçün pandemiyadan sonra müvəffəqiyyətli turizm ili kimi qiymətləndirilə biləcək", - deyə o əlavə edib. O qeyd edir ki, daxili turizm xidmətləri də inkişaf etməkdədirlər, bu sahədə ildən-ilə, mövsümdən-mövsümə daha maraqlı, yeni təkliflər yaranır:"Azərbaycan zəngin və hətta unikal təbii, ekoloji və antropogen resurslara malik ölkədir. Bu baxımdan qeyd olunan resurslardan səmərəli istifadə edərək bir çox turizm növlərini inkişaf etdirmək, onlara maraqı artırmaq mümkündür. Bəzi turizm növləri daha çox sərmayə tələb edən bizneslər hesab edilirlər, digərləri isə az bir vəsaitlə əmələ gələ bilirlər. Burada biz sosial, ekoloji, sağlamlıq, dərketmə yönlü və davamlı prinsiplərə əsaslanmış turizm fəaliyyətlərini qeyd etmək olar". Ekspert hesab edir ki, ölkədə belə fəaliyyətlərin yaradılması və inkişafı üçün bütün tələb olunan şərait var:"Yalnız bu sahədə düzgün prioritetlər qurmaq, ciddi elmi-təcrübi araşdırmalar əsasında brendləşdirmə aparmaq, yeni məhsulları yerli və xarici bazarlarda təklif etmək zəruridir". O qeyd edir ki, bu gün ölkədə müxtəlif turizm fəaliyyətlərinə qatılmaq mümkündür:"Həmin fəaliyyətlər individual və qrup şəklində həyata keçirilə bilər. Azərbaycanın müxtəlif iqlim şəraitində yerləşən və rəngarəng landşaftlarla fərqlənən əraziləri burada olan yerli və xarici turistlərin müxtəlif ehtiyaclarını qarşılaya bilən infrastrukturla fərqlənirlər". Narazılıqlar isə qiymət və xidmətlə bağlıdır:"Lakin təəssüflər olsun ki, hələ də qiymətlərdən və göstərilən xidmətlərin keyfiyyətindən şikayətlərlə üzləşirik. Bunların səbəbləri daimi araşdırılır, aradan qaldırılması üçün müxtəlif tədbirlər görülürlər. Düşünürəm ki, ölkə turizmi yerli vətəndaş üçün daha əlçatan, sosial dəstək və həvəsləndirmə paketlərilə zəngin fəaliyyətlərlə fərqlənməlidir. Digər turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, builki proqnozlar daha stimulvericidir:"Ötən ildən turizm bazarında dinamika müsbətə doğru dəyişdi. 2022-ci illə müqayisədə turizm sektorunda artımın olacağı gözlənilir. Ən azından 20 faizədək artımın olacağı gözləniləndir. Düşünürəm ki, ilin sonunadək 2019-cu ili rəqəmərinə çata biləcəyik". "Nazirlər Kabinetinin yeni qərarına əsasən əcnəbi vətəndaşların, turistlərin ölkəmizə gəlişi zamanı heç bir COVID-19 pasportu tələb olunmayacaq. Bu da ölkəmizə turist axınında böyük töhfə verəcək. Bu məhdudiyyətin aradan qaldırılması xoş müjdə oldu" -, deyə ekspert əlavə edib. O paytaxtda hotellərin sayının kifayət qədər olduğunu bildirir, lakin qeyd edir ki, Bakı ilə müqayisədə regionlarda say azlığı problemi var:Saydan söz düşmüşkən, ekspert bildirir ki, pandemiya dövründə fəaliyyətini dayandıran hotellərin əksəriyyəti demək olar ki, yenidən işlərini bərpa ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41945/50/419455067_457:0:3188:2048_1920x0_80_0_0_93454edcf29983545e6b7805e55a4d07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, azərbaycan, artım
turizm, azərbaycan, artım
Yay mövsümü Azərbaycan turizmi üçün ötən ildən daha uğurlu olacaq - Dübəndi
Ekspert hesab edir ki, bu il turizmlə bağlı proqnozlar daha müsbətdir, bazarda dinamiklik müşahidə olunacaq.
BAKI, 10 aprel — Sputnik. Turizm sektorunda yay mövsümünə hazırlıq davam edir. Maraqlıdır, bu il yay turizmi ilə bağlı proqnozlar nədir?
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daha öncəki iki illə müqayisədə bu yay Azərbaycanda da nisbətən turist aktivliyinin artacağı gözlənilir:
"Pandemiyadan öncəki il - 2019-cu illə müqayisədə Azərbaycanda turizm 50 faiz, dünya ölkələrində isə 60 faiz bərpa olunmuşdu. Ümid edirik ki, bu yayda ötən illə müqayisədə daha çox aktivlik olacaq".
"Turizm üzrə ekspertlərin qənaətinə görə bu il turizm bazarı 80 faizədək bərpa oluncaq. Bununla da pandemiyadan öncəki vəziyyətə, göstəricilərə daha yaxın olacağıq", - deyə o əlavə edib.
Lakin maneələr tam aradan qalxmayıb
Ekspert onu da qeyd edir ki, pandemiyadan öncəki vəziyyətin bərpa olunacağını demək çətindir:
"Çünki sərhədlər açılmayıb və tam olaraq nə zaman açılacağı da dəqiq bilinmir. Bu qeyri-müəyyənlik səyahətlərlə bağlı qərarlara təsirsiz ötüşmür".
O bildirir ki, hazırda turizm cənub bölgəsində inkişaf etsə də, şimal və şimal-qərb bölgəsində vəziyyət fərqlidir:
"Bu bölgələrdə təbiət çox gözəl olsa da, festivallar keçirilsə də infrasturktur o qədər də inkişaf etməyib. Ümumilikdə isə qeyd edim ki, paytaxta daha yaxın regionlarda isə turizm daha çox inkişaf edib. Sürət qatarı olarsa, paytaxt sakinləri bütün bölgələrə üz tutar".
Tələbat artanda axsamalar da olur
Ekspert həmçinin qeyd edir ki, yay turizmində tələbat çox olanda müəyyən çətinliklər də ortaya çıxır.
Hotellərin sayına gəldikdə, mütəxəssis bildirir ki, onların sayı az olsa da, turizm bazarında kənd evlərinin sayı ildən-ilə artmaqdadır ki, bu da bazarda daha uyğun qiymət və seçim imkanı yaradır:
"Bazar iştirakçıları daha çox olsa rəqabətli mühit qiymət və xidmətin keyfiyyətində də öz sözünü deyəcək".
Turistlərin əsas şikayəti isə qiymətlərlə bağlıdır
C.Aşurov qeyd edir ki, turistlər daha çox qiymətlərdən şikayətlənirlər.
Turizm üzrə digər ekspert Samir Dübəndi isə Sputnik Azərbaycan-a açıqlamasında öncə rəqəmlərə nəzər yetirib:
"2023-cü ilin yanvar-fevral ayları ərzində ölkəyə 232.5 min əcnəbi vətəndaş səyahət edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 55% artım deməkdir, lakin 2019-cu ilin eyni müddəti ilə müqayisədə 36% azdır. Ümumilikdə, ötən il ərzində ölkəyə 1 602 600 xarici vətəndaş səyahət edib və bu rəqəm 2021-ci il ilə müqayisədə 103% artım deməkdir. Rəqəmlər də turizmdə bərpanın sürətli getdiyini göstərir. Düşünürəm ki, bu yaz və yay mövsümləri Azərbaycan turizmi üçün ötən ildən daha uğurlu keçəcək".
"Pandemiya ilə əlaqədar olan məhdudiyyətlər aradan qalxıb, ölkələr arasında hava nəqliyyatı bərpa olur, vizaların verilməsi əvvəlki qaydasına qayıdır, o cümlədən yeni birbaşa uçuşlar açılır. Əminliklə demək olar ki, əgər turizmə mənfi təsir göstərən hər hansı bir hadisə baş verməzsə, bu il Azərbaycan üçün pandemiyadan sonra müvəffəqiyyətli turizm ili kimi qiymətləndirilə biləcək", - deyə o əlavə edib.
O qeyd edir ki, daxili turizm xidmətləri də inkişaf etməkdədirlər, bu sahədə ildən-ilə, mövsümdən-mövsümə daha maraqlı, yeni təkliflər yaranır:
"Azərbaycan zəngin və hətta unikal təbii, ekoloji və antropogen resurslara malik ölkədir. Bu baxımdan qeyd olunan resurslardan səmərəli istifadə edərək bir çox turizm növlərini inkişaf etdirmək, onlara maraqı artırmaq mümkündür. Bəzi turizm növləri daha çox sərmayə tələb edən bizneslər hesab edilirlər, digərləri isə az bir vəsaitlə əmələ gələ bilirlər. Burada biz sosial, ekoloji, sağlamlıq, dərketmə yönlü və davamlı prinsiplərə əsaslanmış turizm fəaliyyətlərini qeyd etmək olar".
"Təcrübə onu göstərir ki, bu sahələr bilavasitə və dolayısı ilə məşğulluqa müsbət təsir və eyni zamanda regionların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıran fəaliyyətlər hesab edilirlər. Və bu sahələrin inkişafı subsidiyalarsız bir çox hallarda mümkün olmur. Bir sıra turizm fəaliyyətləri isə daha çox sərmayə yatırımı, mürəkkəb infrastrukturun qurulmasını, çox saylı işçi qüvvəsini və s. tələb edən fəaliyyətlərdirlər", - deyə o əlavə edib.
Ekspert hesab edir ki, ölkədə belə fəaliyyətlərin yaradılması və inkişafı üçün bütün tələb olunan şərait var:
"Yalnız bu sahədə düzgün prioritetlər qurmaq, ciddi elmi-təcrübi araşdırmalar əsasında brendləşdirmə aparmaq, yeni məhsulları yerli və xarici bazarlarda təklif etmək zəruridir".
O qeyd edir ki, bu gün ölkədə müxtəlif turizm fəaliyyətlərinə qatılmaq mümkündür:
"Həmin fəaliyyətlər individual və qrup şəklində həyata keçirilə bilər. Azərbaycanın müxtəlif iqlim şəraitində yerləşən və rəngarəng landşaftlarla fərqlənən əraziləri burada olan yerli və xarici turistlərin müxtəlif ehtiyaclarını qarşılaya bilən infrastrukturla fərqlənirlər".
Narazılıqlar isə qiymət və xidmətlə bağlıdır:
"Lakin təəssüflər olsun ki, hələ də qiymətlərdən və göstərilən xidmətlərin keyfiyyətindən şikayətlərlə üzləşirik. Bunların səbəbləri daimi araşdırılır, aradan qaldırılması üçün müxtəlif tədbirlər görülürlər. Düşünürəm ki, ölkə turizmi yerli vətəndaş üçün daha əlçatan, sosial dəstək və həvəsləndirmə paketlərilə zəngin fəaliyyətlərlə fərqlənməlidir.
Digər turizm eksperti Göydəniz Qəhrəmanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, builki proqnozlar daha stimulvericidir:
"Ötən ildən turizm bazarında dinamika müsbətə doğru dəyişdi. 2022-ci illə müqayisədə turizm sektorunda artımın olacağı gözlənilir. Ən azından 20 faizədək artımın olacağı gözləniləndir. Düşünürəm ki, ilin sonunadək 2019-cu ili rəqəmərinə çata biləcəyik".
"Nazirlər Kabinetinin yeni qərarına əsasən əcnəbi vətəndaşların, turistlərin ölkəmizə gəlişi zamanı heç bir COVID-19 pasportu tələb olunmayacaq. Bu da ölkəmizə turist axınında böyük töhfə verəcək. Bu məhdudiyyətin aradan qaldırılması xoş müjdə oldu" -, deyə ekspert əlavə edib.
O paytaxtda hotellərin sayının kifayət qədər olduğunu bildirir, lakin qeyd edir ki, Bakı ilə müqayisədə regionlarda say azlığı problemi var:
"Hotellərin sayının artırılması üçün subsidiyalar, proqramlar olarsa, çox yaxşı olar. Elə rayonlar var ki, orada 1-2 hotel var, turistlərə qalmağa yer yoxdur. Lakinelə bölgələrimiz var ki, orada hotellərin sayı ürəkaçan həddədir".
Saydan söz düşmüşkən, ekspert bildirir ki, pandemiya dövründə fəaliyyətini dayandıran hotellərin əksəriyyəti demək olar ki, yenidən işlərini bərpa ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.