https://sputnik.az/20230410/tokayev-azerbaycan-qazaxistan-ucun-qardas-cox-yaxin-dovletdir-453616384.html
Tokayev: Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir
Tokayev: Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir
Sputnik Azərbaycan
Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T16:13+0400
2023-04-10T16:13+0400
2023-04-10T16:15+0400
siyasət
prezident ilham əliyev
kasım-jomart tokayev
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453614256_0:51:1000:614_1920x0_80_0_0_e97edb4e32a2d6761ac80e861c955bb3.jpg
BAKI, 10 aprel - Sputnik. "Qazaxıstan Azərbaycanla ticari-iqtisadi və investisiya sahələrində hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün mümkün addımları atır".Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə Astanada məhdud tərkibdə danışıqları zamanı deyib.O bildirib ki, Qazaxıstan Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı istiqamətində çox ciddi işlərə köklənib. "Aramızda heç bir problem yoxdur. Sadəcə, bu istiqamətdə irəliləmək istəyi var", - K.Tokayev bildirib.O həmçinin qeyd edib ki, Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.K.Tokayev dəvəti qəbul edib Astanaya səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, ötən ilin avqustunda Bakıya etdiyi səfəri səmərəli olub.“İndi prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi üzrə iki ölkənin hökumətləri tərəfindən görülən işləri yoxlamağa ehtiyac var. Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir” – K.Tokayev vurğulayıb.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Qazaxıstana rəsmi səfəri başlanıb. Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
https://sputnik.az/20230410/azerbaycan-prezidenti-lham-eliyev-qazaxistana-resmi-sefere-gedib-453593535.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0a/453614256_57:0:944:665_1920x0_80_0_0_ba5eabb0f71cd0963412efbf81cc24a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, kasım-jomart tokayev, qazaxıstan
prezident ilham əliyev, kasım-jomart tokayev, qazaxıstan
Tokayev: Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir
16:13 10.04.2023 (Yenilənib: 16:15 10.04.2023) Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.
BAKI, 10 aprel - Sputnik. "Qazaxıstan Azərbaycanla ticari-iqtisadi və investisiya sahələrində hərtərəfli əməkdaşlığın inkişafı üçün bütün mümkün addımları atır".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə Astanada məhdud tərkibdə danışıqları zamanı deyib.
O bildirib ki, Qazaxıstan Cənubi Qafqaz regionunda aparıcı rol oynayan Azərbaycanla iqtisadi qarşılıqlı əlaqənin və əməkdaşlığın inkişafı istiqamətində çox ciddi işlərə köklənib.
"Aramızda heç bir problem yoxdur. Sadəcə, bu istiqamətdə irəliləmək istəyi var", - K.Tokayev bildirib.
O həmçinin qeyd edib ki, Qazaxıstan tərəfi Azərbaycanla siyasi arenada - istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda əməkdaşlıq etmək niyyətindədir.
K.Tokayev dəvəti qəbul edib Astanaya səfər etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O qeyd edib ki, ötən ilin avqustunda Bakıya etdiyi səfəri səmərəli olub.
“İndi prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi üzrə iki ölkənin hökumətləri tərəfindən görülən işləri yoxlamağa ehtiyac var. Qeyd etmək istərdim ki, Azərbaycan Qazaxıstan üçün qardaş, çox yaxın dövlətdir” – K.Tokayev vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Qazaxıstana rəsmi səfəri başlanıb.
Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.
Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.