Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Rusiyadan Azərbaycana pul köçürmələri necə artıb?

Abunə olmaq
Ötən il Azərbaycana pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyanın payına düşüb. Rusiya Federasiyasından fiziki şəxslərin pul köçürmələri haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycana pul köçürmələri ümumilikdə 2021-ci illə müqayisədə 3,2 dəfə artaraq 3,6 milyard dollar təşkil edib.
Eyni zamanda, bu məbləğin əhəmiyyətli hissəsini Rusiyadan olan pul köçürmələri təşkil edib. Belə ki, ötən il onlar 2021-ci illə müqayisədə 4,8 dəfə artaraq 2,9 milyard dollara çatıb.
2021-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 623 milyon dollar təşkil edib.
Rusiyadan əlavə, 2022-ci ilin yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycana pul köçürmələrinin həcminə görə ilk 5 ölkə sırasına ABŞ (155,3 milyon dollar), Türkiyə (122,1 milyon dollar), Almaniya (53,5 milyon dollar) və Böyük Britaniya (33,9 milyon dollar) daxil olub.
Xəbər lenti
0