https://sputnik.az/20230410/qazaxistandan-azerbaycan-jest-453620471.html
Qazaxıstandan Azərbaycan jest
Qazaxıstandan Azərbaycan jest
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə "Qazaxıstan" Teleradio Korporasiyası Heydər Əliyev haqqında "Görkəmli ömür" adlı sənədli film çəkib. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T17:07+0400
2023-04-10T17:07+0400
2023-04-10T17:07+0400
heydər əliyev ili
kasım-jomart tokayev
qazaxıstan
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442902063_0:0:1697:955_1920x0_80_0_0_d6e1dfdbe6aa783eb40faeeb308d840c.jpg
BAKI, 10 aprel - Sputnik. "Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib".Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib."Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib."Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.Xatırladaq ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü ili Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442902063_0:0:1697:1273_1920x0_80_0_0_2832de78fce99c6669c51a86620e1296.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kasım-jomart tokayev, qazaxıstan, heydər əliyev
kasım-jomart tokayev, qazaxıstan, heydər əliyev
Qazaxıstandan Azərbaycan jest
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə "Qazaxıstan" Teleradio Korporasiyası Heydər Əliyev haqqında "Görkəmli ömür" adlı sənədli film çəkib.
BAKI, 10 aprel - Sputnik. "Qazaxıstanda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev haqqında sənədli film çəkilib".
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
"Bu gün Heydər Əliyev haqqında çəkilmiş "Görkəmli ömür" adlı sənədli filmin premyerası olacaq. Bu film bizim tapşırığımızla "Qazaxıstan" Teleradio Korporasiyası tərəfindən çəkilib", - Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə danışıqlar zamanı deyib.
Qazaxıstan Prezidenti ölkələrimiz arasında səmimi dostluğun və qarşılıqlı dəstəyin daha bir bariz sübutu kimi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini göstərib və bunun qazax xalqının adından Azərbaycana hədiyyə olduğunu bildirib.
"Mənə məlumat verildi ki, bu mərkəzin tikintisi kifayət qədər sürətlə aparılır. Düşünürəm ki, çox yaxın zamanda bu mühüm obyektin istifadəyə verilməsinin şahidi olacağıq. Biz humanitar əlaqələri hərtərəfli inkişaf etdirmək və ümumi mənəvi dəyərlər xəzinəsini zənginləşdirmək əzmindəyik”, - Qazaxıstan Prezidenti əlavə edib.
Xatırladaq ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü ili Azərbaycan Respublikasında "Heydər Əliyev İli" elan edib.