Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qadının meyiti su kanalına necə düşüb? Prokurorluq yayılan videogörüntülər barədə

© SputnikSu kanalı, arxiv şəkli
Su kanalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
BAKI, 10 aprel — Sputnik. Bəzi sosial şəbəkə səhifələrində Biləsuvarda su kanalında naməlum insan meyitinin aşkar olunması ilə bağlı videogörüntülər yayılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprelin 8-də saat 09 radələrində Biləsuvar rayonun Arazbarı kəndi ərazisindən keçən su kanalında çürümüş insan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qadın cinsli meyitin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
Zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə qeyd olunan ərazidə yaşayan, qadın cinsli itkin düşmüş yaxınları olan şəxslərdən Baş Prokurorluğun "961" nömrəli Çağrı Mərkəzi, (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələri xahiş olunur.
Qeyd edək ki, bir neçə gün öncə, moda məsləhətçisi kimi tanınan Elnarə Bəkirovanın atası Kamran Bəkirovun da nəşi "Ləhiş bağları" ərazisindəki su quyusundan tapılmışdı. O, üzərində 300 min manatla itkin düşmüşdü.
Xəbər lenti
0