CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanda Nərimanovun büstü yerinə qaytarılıb

© Photo : APANəriman Nərimanovun heykəli
Nəriman Nərimanovun heykəli  - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Ötən həftə Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün yerindən götürülməsi sosial mediadanın gündəmini zəbt etmişdi. Sözügedən büst ötən gün yerinə qaytarılıb.
BAKI, 10 aprel — Sputnik. Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki büstü yerinə qaytarılıb.
Naxçıvan İcra Hakimiyyətindən verilən xəbərə görə, aprelin 1-də təmir üçün yerindən götürülən heykəl dünən axşam saatlarında bərpa edilərək yerinə qoyulub. İcra Hakimiyyətindən verilən açıqlamaya görə, heykəl mərmər zavodunda təmir olunub və yenidən bərpa edilib. Naxçıvan İcra Hakimiyyətindən sosial şəbəkələrdə Nərimanovun heykəlinin qəsdən sökülməsi ilə bağlı yayılan şaylərin əsassız olduğunu bildirdilər: "Yağış suları nəticəsində heykəlin fəsadında problemlər var idi. Bundan başqa, büstün bir hissəsi çökmüşdü. Ona görə də onun bərpası üçün müvəqqəti olaraq oradan götürüldü. Ötən axşam büst yerinə qoyulub".
Qeyd edək ki, bir müddət öncə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış, məşhur pedaqoq, dramaturq, nasir, publisist, həkim olmaqla bərabər, həm də görkəmli dövlət xadimi olan Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən "Böyük bağ" ərazisindəki büstünün sökülməsi barədə məlumat yayılmışdı.
Büstün götürülməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu. Bir çox insanlar bunu doğru hesab etsələr də, məsələyə etiraz edənlər də var idi. Milli Məclisin Naxçıvan Muxtar Respublikasından seçilmiş deputatı Cəbi Quliyev məlumat vermişdi ki, Nəriman Nərimanovun Naxçıvandakı büstü əvvəlki yerinə qaytarılacaq.
Xəbər lenti
0