DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlk Türkiyə vətəndaşının kosmosa gedəcəyi tarix açıqlandı

© Photo : NASABeynəlxalq Kosmik Stansiya
Beynəlxalq Kosmik Stansiya - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Abunə olmaq
Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım bildirib ki, ilk dəfə kosmosa gedəcək Türkiyə vətəndaşı BKS-ə yollanacaq və elmi araşdırmalar aparacaq.
BAKI, 10 aprel — Sputnik. İlk türk vətəndaşı 2023-cü ilin noyabrında elmi araşdırmalar üçün Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək.
Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım bu barədə bildirib.
"Cümhuriyyətimizin 100 illiyində Türkiyə vətəndaşı ilk dəfə kosmosa gedəcək. Buraxılış noyabr ayına planlaşdırılıb, o, BKS-ə yollanacaq və elmi araşdırmalar aparacaq", - deyə Kosmik Agentliyin rəhbəri bildirib.
Bundan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan aprelin 11-də ölkəsinin yerli istehsal olan müşahidə peykini orbitə çıxaracağını bildirmişdi.
Xəbər lenti
0