https://sputnik.az/20230410/lin-ilk-gunes-tutulmasi-bas-verecek---tarix-aciqlandi-453589131.html
İlin ilk Günəş tutulması baş verəcək - Tarix açıqlandı
İlin ilk Günəş tutulması baş verəcək - Tarix açıqlandı
Sputnik Azərbaycan
Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunsa da, Azərbaycanda qeydə alınmayacaq. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T13:19+0400
2023-04-10T13:19+0400
2023-04-10T13:19+0400
günəş tutulması
elm
https://cdnn1.img.sputnik.az/img/42403/96/424039624_0:113:2000:1238_1920x0_80_0_0_bccd631dc162d6fd9b47f890569ec12e.jpg
BAKI, 10 aprel — Sputnik. 2023-cü ilin ilk Günəş tutulması aprelin 20-də qeydə alınacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sputnik Azərbaycan-a verilən məlumata görə, bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulması müşahidə olunur. Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır. Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. 2023-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 14-də baş verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42403/96/424039624_99:0:1902:1352_1920x0_80_0_0_a595ebe829a1f23e43f205d96a012cd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş tutulması
İlin ilk Günəş tutulması baş verəcək - Tarix açıqlandı
Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunsa da, Azərbaycanda qeydə alınmayacaq.
BAKI, 10 aprel — Sputnik. 2023-cü ilin ilk Günəş tutulması aprelin 20-də qeydə alınacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Sputnik Azərbaycan-a verilən məlumata görə, bu tutulma hibrid Günəş tutulması olacaq. Hibrid Günəş tutulması zamanı Yerin əyriliyi səbəbindən müşahidəçinin mərkəzi tutulma trayektoriyası boyunca yerindən asılı olaraq halqavari və ya tam Günəş tutulması müşahidə olunur.
Əksər hallarda hibrid tutulmalar halqavari kimi başlayır, sonra tam tutulmaya keçir, daha sonra yenidən halqavari vəziyyətə qayıdır.
Tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq.
Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək. Tutulmanın maksimumu 08:16:49-da olacaq.
Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq.
Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.
2023-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 14-də baş verəcək.