https://sputnik.az/20230410/guclu-geomaqnit-qasirgasi-gozlenilir-tarix-aciqlandi-453623012.html
Güclü geomaqnit qasırğası gözlənilir-Tarix açıqlandı
Güclü geomaqnit qasırğası gözlənilir-Tarix açıqlandı
Sputnik Azərbaycan
Geomaqnit sahəsinin aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T19:43+0400
2023-04-10T19:43+0400
2023-04-10T19:43+0400
geomaqnit
hadisə
https://cdnn1.img.sputnik.az/img/41815/39/418153919_0:0:2048:1153_1920x0_80_0_0_cd70b9bbcd16d8bb84c914a0d79e9275.jpg
BAKI, 10 aprel — Sputnik. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. Bu barədə rəsədxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir. Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb. Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir. Proqnoz günlərində - aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir. Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir. Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41815/39/418153919_190:0:2007:1363_1920x0_80_0_0_170407f91526f61efab495f3fbfc188f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
geomaqnit
Güclü geomaqnit qasırğası gözlənilir-Tarix açıqlandı
Geomaqnit sahəsinin aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.
BAKI, 10 aprel — Sputnik. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə rəsədxanadan Sputnik Azərbaycan-a verilən məlumata görə, Günəşin səthində ləkələrin sayı azalıb. Hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir. Aprelin 9-da baş vermiş CME-lərin (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) Yerə istiqamətlənməsi təhlil olunur. Həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hazırda Günəşin səthində tac dəliyi müşahidə edilmir.
Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (max: 4252 pfu) olub, 10 MeV-dən çox enerjili proton seli isə həftə ərzində fon səviyyəsinə yaxın olub. Hazırda Günəş küləyi sürətinin parametrləri normaldır (328km/s), planetlərarası maqnit sahəsinin qiyməti isə artaraq Yer orbitində 10.47 nT, radial istiqamətdə isə -7.58 nT-yə çatıb.
Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub və hazırda isə qeyri-sabitdir.
Proqnoz günlərində - aprelin 10-dan 16-dək C sinif alışmanın başvermə ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın başvermə ehtimalı 25 faiz, X (R3) sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin aprelin 11-də yüksək səviyyələrə çatacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə proqnoz dövründə fon səviyyəsində qalacağı ehtimal olunur. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
Günəş küləyi sürətinin müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Zərrəciklər Selinin) və aprelin 7-də baş vermiş CME-nin təsiri ilə artacağı gözlənilir.
Geomaqnit sahəsinin müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində aprelin 10-dan 12-dək aktivləşəcəyi, aprelin 16-dan 18-dək geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.