https://sputnik.az/20230410/erdogan-turkiye-mudafie-senayesinin-budcesinin-ne-qeder-artacagini-aciqladi-453621490.html
Ərdoğan Türkiyə müdafiə sənayesinin büdcəsinin nə qədər artacağını açıqladı
Ərdoğan Türkiyə müdafiə sənayesinin büdcəsinin nə qədər artacağını açıqladı
Sputnik Azərbaycan
Ərdoğanın iştirakı ilə dünyanın və Türkiyənin ilk Silahlı PUA gəmisi Dəniz Qüvvələrinə təslim edilib. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T21:23+0400
2023-04-10T21:23+0400
2023-04-10T21:23+0400
ərdoğan
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə
bayraktar tb2s
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237187_0:164:3060:1885_1920x0_80_0_0_d92f0c38af8fe39d6c204f41e8276154.jpg
BAKI, 10 aprel — Sputnik. Türkiyə hökuməti ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Tender mərhələsində olan layihələri nəzərə alaraq, biz müdafiə sənayesinin büdcəsini 75 milyard dollara çatdırırıq", - deyə Türkiyə prezidenti bildirib. Ərdoğan qeyd edib ki, 2002-ci ildən etibarən Türkiyənin müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı isə 56-dan 2700-ə qədər yüksəlib. Qeyd edək ki, bu gün dünyanın və Türkiyənin ilk Silahlı PUA (SİHA - Silahlı İnsansız Hava Araçı-red) gəmisi Türkiyə Dəniz Qüvvələrinə təslim edilib. Təslimat mərasimində Ərdoğan da iştirak edib. Bu gəmi 50-110 ədəd Bayraktar TB3 PUA-sı və ya "Bayraktar Kızılelma", 8 ədəd As532 və ya Boeing CH-47 Chinook helikopter, 4 ədəd T-129 ATAK helikopteri, 2 ədəd S70-B SEAHAWK helikopter, zirehli texnika və tanklar daşımağa, onları idarə etməyə qadirdir. Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson Türkiyədə qaz habı layihəsinin həyata keçirilməsinin dünya enerji bazarlarına stabilləşdirici təsir göstərəcəyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453237187_165:0:2896:2048_1920x0_80_0_0_ddf35853cd27b4d91f46a6d857d5d700.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə, bayraktar tb2s
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə, bayraktar tb2s
Ərdoğan Türkiyə müdafiə sənayesinin büdcəsinin nə qədər artacağını açıqladı
Ərdoğanın iştirakı ilə dünyanın və Türkiyənin ilk Silahlı PUA gəmisi Dəniz Qüvvələrinə təslim edilib.
BAKI, 10 aprel — Sputnik. Türkiyə hökuməti ölkənin müdafiə sənayesi müəssisələrinin ümumi büdcəsini 75 milyard dollara çatdırmaq niyyətindədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Tender mərhələsində olan layihələri nəzərə alaraq, biz müdafiə sənayesinin büdcəsini 75 milyard dollara çatdırırıq", - deyə Türkiyə prezidenti bildirib.
Ərdoğan qeyd edib ki, 2002-ci ildən etibarən Türkiyənin müdafiə sənayesində layihələrin sayı 62-dən 750-yə, şirkətlərin sayı isə 56-dan 2700-ə qədər yüksəlib.
Qeyd edək ki, bu gün dünyanın və Türkiyənin ilk Silahlı PUA (SİHA - Silahlı İnsansız Hava Araçı-red) gəmisi Türkiyə Dəniz Qüvvələrinə təslim edilib. Təslimat mərasimində Ərdoğan da iştirak edib.
Bu gəmi 50-110 ədəd Bayraktar TB3 PUA-sı və ya "Bayraktar Kızılelma", 8 ədəd As532 və ya Boeing CH-47 Chinook helikopter, 4 ədəd T-129 ATAK helikopteri, 2 ədəd S70-B SEAHAWK helikopter, zirehli texnika və tanklar daşımağa, onları idarə etməyə qadirdir.
Bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson Türkiyədə qaz habı layihəsinin həyata keçirilməsinin dünya enerji bazarlarına stabilləşdirici təsir göstərəcəyini vurğulayıb.