https://sputnik.az/20230410/dovlet-qulluqcularina-kompensasiya-birdefelik-odenis-verilecek---yeni-deyisiklik-453588846.html
Dövlət qulluqçularına kompensasiya, birdəfəlik ödəniş veriləcək - Yeni dəyişiklik
Dövlət qulluqçularına kompensasiya, birdəfəlik ödəniş veriləcək - Yeni dəyişiklik
Sputnik Azərbaycan
Prezidentin fərmanı ilə yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi... 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T22:18+0400
2023-04-10T22:18+0400
2023-04-10T22:18+0400
dövlət qulluqçusu
cəmiyyət
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 10 aprel — Sputnik. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası hazırlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi barədə fərmanda əksini tapıb. Fərmana görə, Nazirlər Kabineti dövlət qulluqçuları reyestrinin aparılması qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası hazırlanacaq. Bu da sözügedən fərmanda əksini tapıb. Belə ki, Nazirlər Kabineti dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. Xatırladaq ki, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliyə görə, dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır. Dövlət qulluqçularının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq. Qanun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət qulluqçusu, nazirlər kabineti
dövlət qulluqçusu, nazirlər kabineti
Dövlət qulluqçularına kompensasiya, birdəfəlik ödəniş veriləcək - Yeni dəyişiklik
Prezidentin fərmanı ilə yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası hazırlanacaq.
BAKI, 10 aprel — Sputnik. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası hazırlanacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunun tətbiqi barədə fərmanda əksini tapıb.
Fərmana görə, Nazirlər Kabineti dövlət qulluqçuları reyestrinin aparılması qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Həmçinin dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydası hazırlanacaq.
Bu da sözügedən fərmanda əksini tapıb.
Belə ki, Nazirlər Kabineti dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Xatırladaq ki, "Dövlət qulluğu haqqında" qanuna dəyişikliyə görə, dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
Dövlət qulluqçularının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.
Qanun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olacaq.