https://sputnik.az/20230410/bu-ilin-esas-rengi-qirmizidir---yaz-yay-movsumunde-hansi-geyimler-trend-olacaq-453563950.html
Bu ilin əsas rəngi qırmızıdır - Yaz-yay mövsümündə hansı geyimlər trend olacaq?
Bu ilin əsas rəngi qırmızıdır - Yaz-yay mövsümündə hansı geyimlər trend olacaq?
Sputnik Azərbaycan
Öz tərzini modadan ayırmayan xanımlar və bəylər artıq indidən yay trendlərini araşdırmağa başlayıblar. Nələrin dəbdən düşəcəyini və nələrin bu yay dəbdə... 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T10:01+0400
2023-04-10T10:01+0400
2023-04-10T10:46+0400
dəb
cəmiyyət
mini-ətək
eynəklər
moda
gəlinlik
modelyer
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442594995_0:0:3073:1728_1920x0_80_0_0_d2188bd3b7b0277b723d8783d5756204.jpg
BAKI, 10 aprel — Sputnik. Artıq iyirmi gündür ki, yaz öz qədəmlərini ölkəmizə basıb. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, insanlar artıq qış geyimlərindən qurtulmaq istəyir. Bəs görəsən, bu il yaz və yay geyimlərində nələr trend olacaq? Hansı parçalar və rənglər dəbdə olacaq? Bütün bu suallara tanınmış modelyer Şəlalə Maqsudova ilə cavab tapmaq istədik. Modelyerin sözlərinə görə, yaz ayları və üzü yaya doğru artıq tünd rənglərdən çıxırıq. Mütəxəssis bildiri ki, bu il yaz-yay geyimlərində qırmızı rəng və onun çalarları trend olacaq:Qadınların əvəzolunmaz geyimlərindən olan ətək və dona gəldikdə isə modelyer bildirir ki, onlarda da biçim fərqləri olacaq:Koftalara gəldikdə isə modelyer vurğulayır ki, cari ildə dar biçimli geyimlər dəbdə olmayacaq:""Oversize" yəni, bədənə gen olan koftalar dəbdə olacaq. Sport və klassik üslubun qarışığı olan geyimlər yaz kolleksiyasında üstünlük təşkil edəcək". Klassika heç vaxt dəbdən düşmürŞəlalə xanım onu da bildirir ki, klassik ağ-qara geyimlər bütün dövrlərdə dəbdə olub:"Klassik pencəklər, qələm ətəkli şalvarlar və ətəklər yenə də dəbdə olacaq. İtaliyan yaxalıqlı və hakim yaxalıqlı köynəklər, çiyinə tam oturan kostyumlar, qələm ətəklər nəzərdə tutulur. Bu geyimlərdə də dəyişikliklər ola bilər. Daha çox "fashion" tipli klassik geyimlər dəbdə olacaq.". Bəs görəsən, hansı formalı aksesuarlar dəbdə olacaq? Maqsudova qeyd edir ki, bu il daha çox sport çantalar dəbdə olacaq. Kiçik ölçülü çantalar keçmişdə qalacaq. Gün eynəklərinə gəldikdə isə böyük ölçülü eynəklər dəbdə olacaq:Yaz və yay trendlərindən söz düşmüşkən, tanınmış modelyer gəlinliklərdən də danışmağı unutmadı:"Bahalı parçadan tikilmiş, sadə gəlinliklər dəbdə olacaq. Ümumiyyətlə, ildən-ilə gəlinliklər sadəliyə doğru gedir. Bu il trapes ətək, sadə korset və korsetin üzərində sadə bir yaxalıq olacaq. Amma xanımlarımız dəbi nə qədər də izləsələr belə, yenə istəyirlər ki, gəlinliklərin üzərində mirvarilər, daş-qaşlar olsun. Azərbaycan xanımlarının 80 faizi gen-bol ətəkli gəlinliklərə üstünlük verir. Çox az faiz sadə gəlinliyə üstünlük verir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/06/442594995_0:0:2731:2048_1920x0_80_0_0_624e97abf1fc997c2a2e151e20b2023f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəb, mini-ətək, eynəklər, moda, gəlinlik, modelyer
dəb, mini-ətək, eynəklər, moda, gəlinlik, modelyer
Bu ilin əsas rəngi qırmızıdır - Yaz-yay mövsümündə hansı geyimlər trend olacaq?
10:01 10.04.2023 (Yenilənib: 10:46 10.04.2023) Öz tərzini modadan ayırmayan xanımlar və bəylər artıq indidən yay trendlərini araşdırmağa başlayıblar. Nələrin dəbdən düşəcəyini və nələrin bu yay dəbdə olacağını Şəlalə Maqsudova ilə müzakirə etdik.
BAKI, 10 aprel — Sputnik. Artıq iyirmi gündür ki, yaz öz qədəmlərini ölkəmizə basıb. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, insanlar artıq qış geyimlərindən qurtulmaq istəyir. Bəs görəsən, bu il yaz və yay geyimlərində nələr trend olacaq? Hansı parçalar və rənglər dəbdə olacaq? Bütün bu suallara tanınmış modelyer Şəlalə Maqsudova ilə cavab tapmaq istədik.
Modelyerin sözlərinə görə, yaz ayları və üzü yaya doğru artıq tünd rənglərdən çıxırıq. Mütəxəssis bildiri ki, bu il yaz-yay geyimlərində qırmızı rəng və onun çalarları trend olacaq:
"Digər əlvan rənglər də dəbdə olacaq, amma bu ilin əsas rəngi qırmızıdır. Parçalara gəldikdə isə qalın, toxunma parçaları cins və kətan parçalar əvəzləyəcək".
Qadınların əvəzolunmaz geyimlərindən olan ətək və dona gəldikdə isə modelyer bildirir ki, onlarda da biçim fərqləri olacaq:
"Qış fəslində trapes şəkilli ətəklər dəbdə idi, həmin ətəklər yaz-yay geyimlərində də öz aktuallığını qoruyub saxlayır. Onların davamı gəlir, yəni diz qapağını örtən ətəklər və enli biçilmiş, dizdən aşağı şalvarlar bu ilin trendi olacaq. Bu il dar şalvarlar dəbdə olmayacaq. Enli ətək-şalvarlar və dizdən aşağı ətəklər dəbdə olacaq".
Koftalara gəldikdə isə modelyer vurğulayır ki, cari ildə dar biçimli geyimlər dəbdə olmayacaq:
""Oversize" yəni, bədənə gen olan koftalar dəbdə olacaq. Sport və klassik üslubun qarışığı olan geyimlər yaz kolleksiyasında üstünlük təşkil edəcək".
Klassika heç vaxt dəbdən düşmür
Şəlalə xanım onu da bildirir ki, klassik ağ-qara geyimlər bütün dövrlərdə dəbdə olub:
"Klassik pencəklər, qələm ətəkli şalvarlar və ətəklər yenə də dəbdə olacaq. İtaliyan yaxalıqlı və hakim yaxalıqlı köynəklər, çiyinə tam oturan kostyumlar, qələm ətəklər nəzərdə tutulur. Bu geyimlərdə də dəyişikliklər ola bilər. Daha çox "fashion" tipli klassik geyimlər dəbdə olacaq.".
Bəs görəsən, hansı formalı aksesuarlar dəbdə olacaq?
Maqsudova qeyd edir ki, bu il daha çox sport çantalar dəbdə olacaq. Kiçik ölçülü çantalar keçmişdə qalacaq. Gün eynəklərinə gəldikdə isə böyük ölçülü eynəklər dəbdə olacaq:
"Bu da fərdi xarakter daşıyır. Eynəklər adətən üzün quruluşuna uyğun seçilməlidir. Üz quruluşu xırda olan insanlar böyük eynəklərdən istifadə edə bilməzlər. Nə qədər böyük ölçülü eynəklər dəbdə olsa da, həmin üz quruluşuna malik insanlara yaraşmaya bilər. Bəzi aksesuarlar var ki, onlar dəbdə olsa da, onu hər adam daşıya bilmir. Qış aylarında bujiteriyalar arxa plana keçsə də, yaz və yayda onlar önə keçəcək. Aksesuar olaraq kiçik ölçülü yaylıqlar, nazik şarfları boyunda istifadə etmək dəbdə olacaq. Bujiteriyalarda isə əsasən təbii daşlar, mirvarilər dəbdə olacaq. Qeyd edim ki, təbii mirvari qışda da dəbdə idi. Yaz və yay aylarında da gündəmdən düşməyəcək".
Yaz və yay trendlərindən söz düşmüşkən, tanınmış modelyer gəlinliklərdən də danışmağı unutmadı:
"Bahalı parçadan tikilmiş, sadə gəlinliklər dəbdə olacaq. Ümumiyyətlə, ildən-ilə gəlinliklər sadəliyə doğru gedir. Bu il trapes ətək, sadə korset və korsetin üzərində sadə bir yaxalıq olacaq. Amma xanımlarımız dəbi nə qədər də izləsələr belə, yenə istəyirlər ki, gəlinliklərin üzərində mirvarilər, daş-qaşlar olsun. Azərbaycan xanımlarının 80 faizi gen-bol ətəkli gəlinliklərə üstünlük verir. Çox az faiz sadə gəlinliyə üstünlük verir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.