https://sputnik.az/20230410/abs-sraili-ukraynaya-hucum-silahi-vermeye-mecbur-etmeyi-planlasdirib-453597397.html
ABŞ İsraili Ukraynaya hücum silahı verməyə məcbur etməyi planlaşdırıb
ABŞ İsraili Ukraynaya hücum silahı verməyə məcbur etməyi planlaşdırıb
Sputnik Azərbaycan
"The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb. 10.04.2023, Sputnik Azərbaycan
2023-04-10T23:19+0400
2023-04-10T23:19+0400
2023-04-10T23:19+0400
abş
dünya xəbərləri
israil
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836838_0:160:3072:1888_1920x0_80_0_0_6edacc2aaf6e5a76615d6a0e73bae596.jpg
BAKI, 10 aprel — Sputnik. İsrailin Ukraynaya hücum silahlarının tədarükü ssenariləri ilə bağlı Pentaqonun internetə sızan sənədləri nəzərdən keçirilir. Bu barədə Rusiya mediası xəbər verib. "İsrail: Ukraynaya ölümcül silah yardımının göstərilməsi yolları" ilə bağlı gizli sənəddə bildirilir ki, Təl-Əviv "ABŞ-ın artan təzyiqi altında və ya Rusiya ilə münasibətlərin pisləşməsi halında ölümcül yardımın göstərilməsini nəzərdən keçirəcək". Məlum olub ki, ABŞ Müdafiə Nazirliyi sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və Şimali Atlantika Alyansının Ukrayna ordusunu gücləndirmək planlarını təsvir edən məxfi materialların sızma faktını araşdırır. Zelenskinin ofisi sızan sənədlərin fotoşop olduğunu bildirib. Bu yaxınlarda "The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb. Pentaqon bu barədə mediada yayılan məlumatları araşdırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836838_171:0:2902:2048_1920x0_80_0_0_d71b0efbb8b07f8dd8cb272d0a3692e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, israil, rusiya
ABŞ İsraili Ukraynaya hücum silahı verməyə məcbur etməyi planlaşdırıb
"The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb.
BAKI, 10 aprel — Sputnik. İsrailin Ukraynaya hücum silahlarının tədarükü ssenariləri ilə bağlı Pentaqonun internetə sızan sənədləri nəzərdən keçirilir.
Bu barədə Rusiya mediası xəbər verib.
"İsrail: Ukraynaya ölümcül silah yardımının göstərilməsi yolları" ilə bağlı gizli sənəddə bildirilir ki, Təl-Əviv "ABŞ-ın artan təzyiqi altında və ya Rusiya ilə münasibətlərin pisləşməsi halında ölümcül yardımın göstərilməsini nəzərdən keçirəcək".
Məlum olub ki, ABŞ Müdafiə Nazirliyi sosial şəbəkədə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini, ABŞ və Şimali Atlantika Alyansının Ukrayna ordusunu gücləndirmək planlarını təsvir edən məxfi materialların sızma faktını araşdırır. Zelenskinin ofisi sızan sənədlərin fotoşop olduğunu bildirib.
Bu yaxınlarda "The New York Times" qəzeti ABŞ-ın Ukrayna, eləcə də Yaxın Şərq və Çinlə bağlı yeni məxfi sənədlərinin sızması barədə məlumat yayıb. Pentaqon bu barədə mediada yayılan məlumatları araşdırır.