https://sputnik.az/20230409/xalq-artisti-azerpasa-nemetov-vefat-edib-453580973.html
Xalq artisti Azərpaşa Nemətov vəfat edib
Xalq artisti Azərpaşa Nemətov vəfat edib
Sputnik Azərbaycan
Mərhumun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib, forumun tarixi aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib. 09.04.2023, Sputnik Azərbaycan
2023-04-09T18:40+0400
2023-04-09T18:40+0400
2023-04-09T18:40+0400
mədəniyyət
dövlət akademik milli dram teatrı
vəfat
rəhbər
baş direktor
https://cdnn1.img.sputnik.az/img/41785/66/417856680_0:0:2000:1125_1920x0_80_0_0_c01ac34116c440d711236b392a7d02c0.jpg
BAKI, 9 aprel - Sputnik. Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib. Bu barədə APA-ya teatrdan məlumat verilib.Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub.O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib.1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.6 yanvar 2016-cı ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur.12 avqust 2022-ci ildə "Şərəf" ordenina layiq görülüb.Qeud edək ki, Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib. Bu barədə Azərtac-a Mədəniyyət Nazirliyindən bildirilib. Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.Allah rəhmət eləsin!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41785/66/417856680_215:0:1988:1330_1920x0_80_0_0_77297bc9a5e85c6890a73e3d8325c44d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət akademik milli dram teatrı, vəfat, rəhbər, baş direktor
dövlət akademik milli dram teatrı, vəfat, rəhbər, baş direktor
Xalq artisti Azərpaşa Nemətov vəfat edib
Mərhumun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib, forumun tarixi aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
BAKI, 9 aprel - Sputnik. Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib. Bu barədə APA-ya teatrdan məlumat verilib.
Azərpaşa Zəfər oğlu Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, uzun müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş və yüzdən artıq tamaşaya quruluş vermiş rejissor Zəfər Nemətovun ailəsində dünyaya göz açıb.
Bülbül adına orta musiqi məktəbində, daha sonra Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb.
1965-ci ildə isə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub.
1972-ci ildən Gənc Tamaşaçılar Teatrında əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib.
1974–1977-ci illərdə Sankt-Peterburq teatrında fəaliyyət göstərib.
1977-ci ildə isə yenidən Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor (1983–1990) işləyib.
Azərpaşa Nemətov 1990-cı aprel ayının 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, 31 avqust 2015-ci ildən isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru vəzifəsinə təyin edilib.
6 yanvar 2016-cı ildən etibarən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş direktorudur.
12 avqust 2022-ci ildə "Şərəf" ordenina layiq görülüb.
Qeud edək ki, Azərpaşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib. Bu barədə Azərtac-a Mədəniyyət Nazirliyindən bildirilib. Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.