https://sputnik.az/20230409/seudiyye-resmilerinin-rana-gelisinin-sebebi-melum-oldu-453573339.html
Səudiyyə rəsmilərinin İrana gəlişinin səbəbi məlum oldu
Səudiyyə rəsmilərinin İrana gəlişinin səbəbi məlum oldu
Sputnik Azərbaycan
Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar. 09.04.2023, Sputnik Azərbaycan
2023-04-09T16:54+0400
2023-04-09T16:54+0400
2023-04-09T16:54+0400
iran
dünya xəbərləri
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_0:0:3318:1867_1920x0_80_0_0_93e37cc3647f6912cccc302f34d15c53.jpg
BAKI, 9 aprel - Sputnik. Səudiyyə rəsmilərinin texniki heyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yerləşdiyi binaya baş çəkib. Bu barədə İSNA agentliyi məlumat yayıb. Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar. Nümayəndə heyətinin səfərinin məqsədi Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin açılışına hazırlıqdır. Martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb. Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/0a/425165296_587:0:3318:2048_1920x0_80_0_0_63b6194dd9876cd22448db8b9864fd3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, səudiyyə ərəbistanı
iran, səudiyyə ərəbistanı
Səudiyyə rəsmilərinin İrana gəlişinin səbəbi məlum oldu
Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar.
BAKI, 9 aprel - Sputnik. Səudiyyə rəsmilərinin texniki heyəti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin yerləşdiyi binaya baş çəkib. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Krallığın nümayəndələri şənbə günü İslam Respublikasına gəliblər, həmin gün İran Xarici İşlər Nazirliyində olublar. Nümayəndə heyətinin səfərinin məqsədi Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin açılışına hazırlıqdır.
Martın 10-da Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər. İki ölkənin nümayəndələri Pekində bir neçə gün danışıqlar aparıb, nəticədə üçtərəfli bəyanat hazırlanıb.
Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Ənsarullaha (husilərə) qarşı hərbi əməliyyat keçirməsi ilə gərginləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.