CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu kosmetoloqların qurbanı ola bilərsiniz! Bədən dolğuları üzdə istifadə edilir - SOS

© pixabay / madamelenamazurKosmetoloq
Kosmetoloq - Sputnik Azərbaycan, 1920, 09.04.2023
Abunə olmaq
Tibb Universitetinin Dermatovenerologiya-kafera müdiri bildirib ki, dərini bilməyən şəxslər üzdə, eləcə də bədənin digər nayihələrində kosmetoloji məqsədlə invaziv prosedur apara bilməz.
BAKI, 9 aprel — Sputnik. Bu günlərdə Bakıda dodağına və alnına dolğu vurduran qadın problemlə üzləşib. Bundan sonra sifətində xoşagəlməz vəziyyət yarandığını deyən paytaxt sakini 1984-cü il təvəllüdlü V.A. hüquq-mühafizə orqanlarına müraciət edib. O, fevralın 19-da Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kosmetoloji mərkəzdə dodaq və alın nahiyəsinə dolğu vurduruğunu, lakin az sonra üzündə problemlərin yarandığını deyib.
Şikayətçi kosmetoloq X.Mirzəyevanın məsuliyyətə cəlb edilməsini tələb edib. V.A.-nın Nərimanov Rayon Prokurorluğuna etdiyi müraciət aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, son vaxtlar kosmetoloqların etdiyi prosedurlardan şikayətlənənlərin sayı artır. Mütəmadi olaraq sosial şəbəkələrdə bunu əks etdirən video və şəkillər yayılır.
Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının müdiri professor Fərid Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda bəzi şəxslər tibbi təhsili olmadan kosmetoloq fəaliyyəti göstərir. Onun sözlərinə görə, belə şəxslərin fəaliyyətinə lisenziya Səhiyyə Nazirliyi tərəfindən verilmir. Buna görə, onların tibbi təhsilinin olub-olmadığı yoxlanılmır.
Kosmetoloq yalnız dəri həkimlərindən ola bilər. F.Mahmudov bildirib ki, ixtisasca dermotoloq olmayan şəxslər kosmetoloq işləyə bilməz: "Dərini bilməyən şəxslər üzdə, eləcə də bədənin digər nayihələrində kosmetoloji məqsədlə invaziv prosedur apara bilməz".
© Photo : Azərbaycan Tibb UniversitetiProfessor Fərid Mahmudov
Professor Fərid Mahmudov - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Professor Fərid Mahmudov
F. Mahmudovun sözlərinə görə, üzə, dodağa dolğu prosedurları edən şəxslərin tibbi təhsili yoxdursa, pasiyentlər belə şəxslərə etibar etməməlidir: "Sadaladığınız o proseduruları ancaq dermotoloji təhsili olan şəxs aparmalıdır. İnvaziv prosedur aparan şəxsin 11-12 il tibb təhsili olmalıdır".
Professor bildirib ki, dəriyə dolğu vurmazdan öncə müayinə olunmalıdır:
"Əvvəlcə dəri müayinə olunmalıdır ki, dolğu istifadə etmək olar, yoxsa yox? Əgər əks göstəriş varsa, bunu etmək olmaz".
Fərid Mahmudov bildirib ki, dermotologiya ixtisasına yiyələnən şəxslər də kosmetoloq işləmək üçün müəyyən kurslara getməlidirlər.
"Ay Vip Studio" Kosmetoloji Mərkəzin həkim kosmetoloqu Aytac Əsədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dolğu prosedurlarından yaranan problemlər kosmetoloqların qeyri-peşəkarlığından və pasiyentlərin ucuz dolğulara üstünlük verməsindən yaranır. Onun sözlərinə görə, pasiyentlər kosmetoloq seçərkən diqqətli olmalı, onun bu sahə üzrə təhsilinə və təcrübəsinə diqqət yetirməlidirlər: "Kosmetoloq işləmək üçün tibbi təhsilin olması vacibdir. Çox təəssüf ki, bəzən evdar qadınlar da kurslara gedərək kosmetoloq kimi fəaliyyət göstərirlər. Müştərilər seçim zamanı diqqətli olmalıdırılar".
A. Əsədova bildirib ki, dolğulatrla bağlı problemin yaranmasının əsas səbəbi isə bədən dolğularının üzə vurulmasıdır: "Dolğular müxtəlifdir. Üz dolğusu, dodaq dolğusu, bədən dolğusu ayrı-ayrı dolğulardır. Onların tərkibi də müxtəlifdir. Çox təəssüf ki, kosmetoloqlar ucuz olsun deyə, bədən dolğularını qadınların üz nahiyəsinə tətbiq edirlər. Bu çox təhlükəlidir. Çünki, bədən dolğularının tərkibində sintetik maddələr daha çoxdur. Bu isə ciddi fəsadlara səbəb olur".
© Photo : İnstagram / dr.kosmetoloq.aytacAytac Əsədova
Aytac Əsədova - Sputnik Azərbaycan, 1920, 10.04.2023
Aytac Əsədova
A. Əsədova bədən dolğularının bir qramının 21-22 manata vurulduğunu, qadınları bu cür dolğuların üzdə, dodaqda istifadəsindən çəkinməyə səsləyib. O, bildirib ki, üz, dodaq üçün tətbiq edilən dolğular heç vaxt bu qiymətə ola bilməz.
Kosmetoloq bu halda dolğuların tətbiq edilən nahiyədə kistozlaşdığını, infeksiyalaşdığını söyləyib.
Xəbər lenti
0