https://sputnik.az/20230408/xn-agdaban-soyqirimi-ile-bagli-paylasim-edib-453549071.html
XİN Ağdaban soyqırımı ilə bağlı paylaşım edib
XİN Ağdaban soyqırımı ilə bağlı paylaşım edib
Sputnik Azərbaycan
XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötdüyünü xatırladıb. 08.04.2023, Sputnik Azərbaycan
2023-04-08T19:17+0400
2023-04-08T19:17+0400
2023-04-08T19:17+0400
siyasət
ermənistan
ağdaban
soyqırım
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg
BAKI, 8 aprel — Sputnik. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında paylaşım edib. "130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb", - deyə XİN sözçüsü qeyd edib. Xatırladaq ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir. 1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_171:0:2902:2048_1920x0_80_0_0_a41f024457513d606a08e05161350930.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, ağdaban, soyqırım
ermənistan, ağdaban, soyqırım
XİN Ağdaban soyqırımı ilə bağlı paylaşım edib
XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötdüyünü xatırladıb.
BAKI, 8 aprel — Sputnik. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqırımından 31 il ötür.
Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "Twitter" hesabında paylaşım edib.
"130 evdən ibarət Ağdaban tamamilə yandırılıb, 779 dinc sakin işgəncələrə məruz qalıb. 39 nəfər xüsusi amansızlıqla qətlə yetirilib (8 nəfər 90-100 yaş arası qocalar, 2 körpə və 7 qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb", - deyə XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.
1992-ci ilin aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər.
Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.