DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkmənistan Prezidenti nənəsinin ölümü ilə əlaqədar Tacikistan səfərini təxirə salıb

© Sputnik / Алексей Даничев / Mediabanka keçidTürkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov  - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Türkmən xalqının milli lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat 86 yaşında vəfat edib
BAKI, 8 aprel - Sputnik. Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov nənəsinin ölümü ilə əlaqədar aprelin 10-11-də Tacikistana planlaşdırılan səfərini təxirə salıb.
Bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib.
Ötən gün Tacikistan lideri Emoməli Rəhmon Türkmənistan Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat Berdiməhəmmədovanın vəfatı ilə bağlı başsağlığı verib.
***
Türkmən xalqının milli lideri, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası Oqulabat vəfat edib.
Bu barədə TDX dövlət agentliyi məlumat yayıb. Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.
Xəbər lenti
0