Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Diqqət! Tibb müəssisələrində şüalana bilərsiniz - VİDEO

© AP Photo / Altaf QadriРентген, фото из архива
Рентген, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Radiasiya Problemləri İnstitutunun direktorunun sözlərinə görə, insan ildə iki dəfə rentgen müayinəsindən keçə bilər.
BAKI, 8 aprel — Sputnik. Çox az insan tapılar ki, ömründə ən azı bir dəfə rentgen müayinəsindən keçməsin. Rentgen, kompüter-tomoqrafiya müayinələrindən keçərkən çoxumuzu düşündürən əsas sual bu zaman oqanizmimizin nə qədər şüa qəbul etməsidir. Çünki, bu tibbi avadanlıqlarla müayinə zamanı orqanizm müəyyən qədər şüalanır.
Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə keçirdiyi nəzarət-yoxlama tədbirləri zamanı bir neçə tibb müəssisəsində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını dayandırıb. Keçirilən tədbirlər nəticəsində nöqsanlar aşkar edilən, o cümlədən radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə"nin olmaması səbəbindən Bakı şəhərində yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen avadanlıqlarının istismarına qadağa qoyulub.
Bu tibb müəssisələrində rentgen kabinetlərinin fəaliyyətinə radiasiya təhlükəsizliyinin pozulmasına görə qoyulmuş qadağa müəyyən suallar yaradır. Tibb müəssisələrində rentgen kabinetlərinin fəaliyyətinə hansı şərtlərlə icazə verilir? Bu kabinetlərin fəaliyyəti neçə müddətdən bir yoxlanılmalıdır? Həmçinin rentgent və kompüter-tomoqrafiya avadanlıqlarının nasazlığı nəticəsində orqanizmimizin normadan artıq qəbul etdiyi şüa hansı fəsadlara yol aça bilər?
Rentgen kabinetləri və avadanlıqları hansı halda təhlükə yarada bilər?
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Radiasiya Problemləri İnstitunun baş direktoru İslam Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilk tələblərdən biri rentgen müayinə kabinetlərinin standartlara cavab verməsidir. İ. Mustafayevin sözlərinə görə, rentgen kabinetləri elə materialdan qurulmalıdır ki, ondan xaricə şüalanma çıxmasın.
"Aparatların özünün radiasiya normaları var. Saz vəziyyətdə olan rentgen aparatı orqanizm üçün artıq şüa ötürməməlidir. Əgər rentgen aparatı, eləcə də kompüter-tomoqrafiyası saz vəziyyətdədirsə onun radiasiya təhlükəsi yoxdur. Əgər aparatda problem olarsa, ətrafdakıları şüalandıra bilər", - deyə professor bildirib.
İ. Mustafayev qeyd edib ki, rentgen operatorları da özlərini şüadan mühafizə etməlidirlər. Aparat bir istiqamətə şüa ötürməlidir. Əgər aparat yararsız olarsa, bir istiqamətə deyil, başqa bədənin başqa orqanlarına, digər istiqamətlərə də şüa ötürə bilər. Bu zaman onun orqanizm üçün ziyanı ola bilər.
Professor qeyd edib ki, hər bir insanın illik radiasiya qəbul etmək norması var. İnsan ildə iki dəfə rentgen müayinəsindən keçə bilər:
"Bunun üçün yolverilən hədd var. Bu normativ bir dəfəyə qəbul edilərsə, orqanizm üçün fəsad törədə bilər. Həmin norma az-az qəbul edildiyi üçün orqanizm bərpa olunur".
Həmsöhbətimiz bildirib ki, insan rentgen müayinəsindən daha çox təyyarə ilə səyahət edərkən şüa dozası qəbul edir.
İnstitut direktoru onu da bildirib ki, bəzi insanlar mobil telefonun da radiasiya təhlükəsi yaratdığını düşünsə də, bu səhvdir.
"Mobil telefondan aldığımız elektromaqnit şüalanmasıdır. Bunu radiasiya ilə qarışdırmaq olmaz", - deyə baş direktor bildirib.
İ.Mustafayevin sözlərinə görə, dünyada radiafobi deyilən xəstəlik var. Bu psixi cəhətdən insana təsir göstərir:
"Bəzi insanlar var ki, hər addımda radiasiya qəbul etdiklərindən şübhələnirlər. Bu cür düşünmək insanı stresə salır. İnsan bu zaman radiasiyanın təsirindən yox, elə keçirdiyi stresdən xəstəlik tapır".
Yoxlama zamanı rentgen kabinetinin fəaliyyəti dayandırılan 2 nömrəli Şəhər poliklinikasından isə Sputnik Azərbaycan-a bildirilib ki, indiyədək tibb müəssisəsində müayinə olunanların narahatlığına əsas yoxdur. Çünki, tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti avadanlığın nasaz olması səbəbindən deyil, səhiyyə obyektinin yaşayış binasının altında yerləşdiyi üçün dayandırılıb: "Polikilinikamız yaşayış binasının birinci mərtəbəsində yerləşir. Bizə bildirildi ki, belə tibb müssisələrində rentgen kabineti fəaliyyət göstərə bilməz. Ona görə, rentgen kabinetimizin fəaliyyətini dayandırdılar".
Tibb müəssisələrində nüvə və radioloji təhlükəsizliyi necə yoxlanılır?
FHN-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, tibb müəssisələrində nüvə və radioloji təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri müraciət əsasında, yaxud da Ədliyyə Nazirliyindən müəyyən çıxarış əsasında aparılır.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, "Bakı Baş Səhiyyə Mərkəzi" Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu bir sıra tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib.
Qurumdan bildiriblər ki, Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir : "Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız "xüsusi icazə" əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir.
Oxucular fəaliyyəti yoxlanılan və icazə verilənhəmin müəssisələrin siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərlər- https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).
İllik nə qədər şüa qəbul edə bilərik?
Məlumat üçün bildirək ki, " Əhalinin radiasiya təhlükəsizliyi haqqında" qanuna görə, əhali üçün orta illik yol verilən doza 0,001 zivertə bərabərdi. İnsanın bütün həyatı dövründə (70 il) yol verilən doza 0,07 zivert (zv) qəbul olunur. Ardıcıl beş il ərzində orta illik yolverilən doza 0,001 zivertdən artıq olmamalıdır. Radiasiya qurğularında işləyənlər üçün yol verilən orta illik doza 0,02 zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50 il) yol verilən doza 1 zivertə bərabər götürülür. Əgər ardıcıl beş il ərzində orta illik yol verilən doza 0,02 zivertdən böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 0,05 zivertə çata bilər.
Qeyd edək ki, bu Qanunla müəyyən olunmuş yol verilən şüalanma dozasının həddinə təbii radiasiya fonunun və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonunun yaratdığı dozalar, habelə vətəndaşların (xəstələrin) diaqnostika və müalicəsi zamanı rentgen-radioloji və digər mənbələrdən aldıqları dozalar daxil deyil. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və onun ayrı-ayrı orqanlarının şüalanmaya məruz qalması zamanı yol verilə bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilir. Radiasiya qəzası şəraitində məhdud zaman intervalında sanitariya-gigiyena norma və qaydaları ilə müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilir.
Xəstəxanada nə qədər şüa aldığımız barədə məlumat verilməlidir!
Qanunun 17-ci maddəsinə görə, əhali tibbi rentgen-radioloji müayinədən keçirilən zaman qoruyucu vasitələrdən istifadə olunmalıdır. Əhalinin tibbi rentgen-radioloji müayinəsindən keçirilməsi zamanı şüalanma dozaları radiasiya təhlükəsizliyi sahəsindəki qayda, norma və normativlərə uyğun olmalıdır. Tibbi rentgen-radioloji müayinəsi və müalicəsi zamanı xəstənin tələbi ilə ona göstərilən və ya aldığı şüalanma dozası və şüalanmanın mümkün nəticəsi barədə tam məlumat verilməlidir.
Epidemioloji nöqteyi-nəzərdən təhlükəli xəstəliklərin aşkar edilməsi məqsədilə aparılan profilaktiki müayinələr, habelə rentgen müayinəsi yeganə diaqnostik vasitə olduğu hallar istisna olmaqla xəstə tibbi rentgen-radioloji müayinəsindən keçməkdən imtina edə bilər.
Xəbər lenti
0