Xəzər dənizi ətrafında “Xəzər - Dostluq dənizi” motokrosuna aprelin 1-də Həştərxandan start verilib. Demək olar ki, beş min kilometr uzunluğunda olan yolun motosiklet hərəkatının fəalları tərəfindən on gün ərzində aşılması planlaşdırılır.Aksiyanın məqsədi Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərini möhkəmləndirməkdir. Genişmiqyaslı beynəlxalq layihə Rusiya prezidentinin razılığını alıb və RF Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir.Yürüş iştirakçıları artıq Qazaxıstanda, Türkmənistanda, İranda olublar. Onlar dəniz ətrafında motoyürüş zamanı 4 min kilometr məsafə qət ediblər.
"Xəzər - Dostluq dənizi" motoyürüşünün iştirakçıları Bakıya çatıblar.
Xəzər dənizi ətrafında “Xəzər - Dostluq dənizi” motokrosuna aprelin 1-də Həştərxandan start verilib. Demək olar ki, beş min kilometr uzunluğunda olan yolun motosiklet hərəkatının fəalları tərəfindən on gün ərzində aşılması planlaşdırılır.
Aksiyanın məqsədi Xəzəryanı ölkələrlə mehriban qonşuluq münasibətlərini möhkəmləndirməkdir. Genişmiqyaslı beynəlxalq layihə Rusiya prezidentinin razılığını alıb və RF Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir.
Yürüş iştirakçıları artıq Qazaxıstanda, Türkmənistanda, İranda olublar. Onlar dəniz ətrafında motoyürüş zamanı 4 min kilometr məsafə qət ediblər.