Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bazar günü temperatur 25 dərəcəyə qalxacaq

© AFP 2023 / BARBARA GINDL / APA / AFPНарциссы, фото из архива
Нарциссы, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Havanın temperaturu gecə 8-11°, gündüz 16-20° isti, atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq
BAKI, 8 aprel — Sputnik. Aprelin 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11°, gündüz 16-20° isti, atmosfer təzyiqi 769 mm civə sütunu, nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11°, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
Xəbər lenti
0