CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almaniyalı alim İsveçdə ermənipərəst jurnalistin iddialarını alt-üst edib

© Sputnikməmur
məmur - Sputnik Azərbaycan, 1920, 08.04.2023
Abunə olmaq
Almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib.
BAKI, 8 aprel — Sputnik. İsveçrənin almandilli "Neue Züricher Zeitung" (NZZ) qəzeti bu il aprelin 4-də jurnalist Andreas Rüşün (Andreas Rüesch) "Qafqazda güc oyunu: Ermənistan hərbi hücuma məruz qalacağından qorxur" adlı məqaləsini nəşr edib.
NZZ kimi aparıcı mətbu nəşrdə "tarixi faktların və reallıqların qərəzli formada ermənilərin xeyrinə birtərəfli təhrif edilməsi ilə əlaqədar almaniyalı tanınmış alim, Qafqaz regionunun tədqiqatçısı Dr. Mixael Raynhard Hess qəzetin redaksiyasına etiraz məktubu göndərib.
Nəşrin internet səhifəsində yerləşdirilən məktubda M.Hess uzun illər apardığı mətbuat təhlillər əsasında yazır ki, "Cənubi Qafqazda vəziyyətin "keyfiyyətli mətbuat orqanları" tərəfindən Ermənistanın mənafeyi naminə birtərəfli və tam şəkildə təhrif edilməsi davam etməkdədir".
İsveçrəli jurnalist A.Rüş məqaləsində Ukrayna müharibəsinin Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətin ermənilərin əleyhinə dəyişməsinə gətirib çıxardığını iddia edir: "Özünün səbəbkarı olduğu müharibəyə başı qarışan Rusiya əvvəlki kimi Ermənistan üçün ənənəvi hərbi patronaj rolunu oynaya bilmir. Alternativ enerji tədarükü axtarışında olan Qərb dövlətlərinə kasıb və Rusiyadan asılı olan Ermənistan heç nə təklif edə bilmir. Bununla belə, iqtisadi və hərbi vasitələri tükənən Ermənistan indi diqqətini diplomatik siyasi manevrlərə yönəldərək öz mövqeyini beynəlxalq, xüsusilə Qərb mətbuatı vasitəsilə yeritməyə çalışır. Burada ermənilərin köməyinə Qərb mətbuatında, mədəniyyət və siyasi dairələrində kök salmış ermənipərəst baxışların dominantlığı da çatır".
A.Rüş yazısında Qarabağdakı erməni separatçılara haqq qazandırmağa cəhd etsə də, onların yaşadığı məkanı haqlı olaraq qondarma erməni dövləti Naqorniy Karabax kimi göstərməklə balanslı mövqe ortaya qoyur. O, məqaləsində ermənilər haqqında dolaşan çoxsaylı rəvayətlərə geniş yer verir. Qurban obrazında verilən ermənilərin cinayətkar olması barədə, Azərbaycanın məruz qaldığı əsl faciə barədə heç bir fikir belə dilə gətirilmir. "Digər tipik bir rəvayət isə ermənilərlə bağlı onların xristian tarixi xəritəsinin yenidən oyuna gətirilməsidir". Harada 9-cu əsrə aid bir xristian məbədi varsa, dərhal həmin yerlərin ermənilərə aid olması iddia edilir, amma bu ərazilərdə 7-ci əsrdən bəri müsəlman abidələrinin olması heç xatırlanmır.
A.Rüşün məqaləsindəki sualdoğurucu tezislərdən biri də budur ki, Azərbaycan əraziləri geri işğal etməklə kifayətlənmir, Ermənistan Respublikasının ərazisini də işğal etmək niyyətindədir. Müəllif Azərbaycan dövlətinin ərazisinin beşdə birinin Ermənistan tərəfindən 1990-cı illərdə işğal edilməsindən isə bir kəlmə belə söz açmır.
Jurnalistin "Azərbaycanın Ermənistana münasibətdə fərziyyə hesab olunan bu davranışı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 1991-2000-ci illərdə işğal altında saxlanılmasına fərqli meyarlarla yanaşması" məqalənin qərəzli olmasını bir daha təsdiqləyir.
Bununla belə, A.Rüş bugünkü Ermənistan ərazilərinin müəyyən hissələrinin əvvəllər türklərə, daha doğrusu, azərbaycanlılara məxsusluğu barədə Azərbaycan tərəfinin tarixi arqumentlərini verməklə həmin ərazilərin Qərbi Azərbaycana məxsusluğunu və qədim türk adlarının olmasını etiraf etmiş olur.
Dr. Hess vurğulayır ki, "NZZ kimi səviyyəli bir qəzet ermənilərin gerçək niyyətlər və əməlləri arasında daha dəqiq fərq qoymağı bacarmalıdır. Ermənistanın cənub ərazilərinin Zəngəzur adlandırılması və A.Rüşün məqaləsində də bunun öz əksini tapması göstərir ki, həmin ərazilərdə qədim türk adları mövcuddur. Əslində də, tarixi həqiqət ondan ibarətdir ki, 1918-ci ilədək bu yerlərdə nə erməni dövləti, nə də Cənubi Ermənistan mövcud olub. Bu ərazilər ruslar tərəfindən işğal edilənədək türklərin, daha doğrusu, azərbaycanlılarn idarəsində olub".
A.Rüş "Cənubi Qafqazın tarixi ilə bağlı öz yozumunu əsaslandırmaq üçün müasir hadisələrə isnad etməyə cəhd göstərir və indi aktual olan Putin ritorikasını" misal gətirir: "Putin Ukraynanın mövcudluğunu əvvəlcə sözlə sual altına qoyurdu, sonra hərbi yolla ona son qoymağa cəhd etdi". Dr. Hess etiraz məktubunda cavab verir ki, "tarixi tam təhrif etməklə bu iddianı Azərbaycanın üzərinə qoymaq kimi birtərəfli yanaşma nümayiş etdirən müəllif məhz Ermənistanın və onun diasporunun ötən əsrin 80-90-cı illərində Qarabağın müəyyən hissəsinin Azərbaycana beynəlxalq hüquqi cəhətdən məxsusluğunu şübhə altına almaqla məhz Putin ritorikasından istifadə etmələrini dilə gətirməyib. A.Rüşün Azərbaycan və Rusiya prezidentləri arasında qəribə müqayisəsi həm də ona görə yersiz səslənir ki, ermənilər həmişə rusların, sonralar sovet imperiyasının dəstəyi sayəsində öz separatçılıq fəaliyyətlərini Azərbaycanda genişləndirə bilmişlər".
A.Rüş həyəcanla sual verir ki, "Azərbaycanın öz məqsədinə güc tətbiqi ilə nail ola bilməsinin qarşısını kim alacaqdır?" Dr. Hess cavabında deyir: amma Rüş bir dəfə də olsun xatırlatmır ki, ermənilərin onilliklər boyu qəddarlığı və zorakılığı nəticəsində çoxsaylı azərbaycanlı qurbanlarının olmasına baxmayaraq, heç kim Azərbaycanın köməyinə çatmamışdır. Məqsəd aydındır ki, A.Rüş tarixi faktları təhrif etməklə, Ermənistanın timsalında "yazıq" obrazı yaratmaq istəyib. A.Rüş Azərbaycan tərəfindən strateji yüksəkliklərin ələ keçirilməsi ilə bağlı öz izahını belə verir ki, "Azərbaycanın burada məqsədi əhalini terrora məruz qoymaqdır". Bununla o, faktiki olaraq, Azərbaycanı terrorçuluqda günahlandırır.
"Amma 44 günlük müharibə dövründə döyüş zonasından kənar Azərbaycanın mülki obyektlərinin Ermənistan tərəfindən hədəfə alınması və çoxsaylı qurbanların olmasını, obyektivlik naminə belə, xatırlamır", - Mixail Raynhard Hess vurğulayıb.
Dr. Hess etiraz məktubunun sonunda NZZ-in redaksiyasına bildirir ki, məqalə müəllifinin "türk" sözünü təhqiramiz damğalayıcı formada vurğulaması liberal və bütün tərəflərin hörmət bəsləməli olduğu müzakirəyə heç bir hörmət gətirmir.
Yeri gəlmişkən, Dr. Mixail Raynhard Hess bir müddət əvvəl məlum Sumqayıt hadisələrinin 35-ci il dönümü ilə bağlı da öz sosial şəbəkə səhifəsində paylaşım etmiş, Ermənistanın Azərbaycanla münaqişədə siyasi iddiaları üçün həmin faciəvi hadisələrindən alət kimi istifadə etdiyini vurğulamışdı. Dr. Hess yazırdı ki, "ermənilərin saxta tarix konstruksiyasının nümunələrindən biri o iddianın üstündə köklənmişdir ki, "28 və 29 fevralda Sumqayıtda ermənilərin öldürülməsi onlara ərazi iddiası qaldırmaqdan başqa hər hansı seçim etməyə imkan verməmişdir. Belə ki, ermənilər azərbaycanlılara qarşı ərazi iddiası qaldırmaqla özlərini azərbaycanlıların təqibindən qurtarmışlar". Dr.Hess paylaşımında ermənilərin və onları dəstəkləyənlərin Sumqayıt hadisələri ilə Osmanlı Türkiyəsində 1915-ci ildə baş vermiş hadisələr arasında oxşarlıq olduğu barədə iddialarına tutarlı cavablar vermişdir.
Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess "Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi" (2016), "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi" (2022), "Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı" (2020-2022) kitablarının müəllifidir (Report).
Xəbər lenti
0