DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Xəzər dənizi vasitəsi olan dəhlizlərin önəmi artır - Türkiyə XİN rəhbəri

© Sputnik / Murad OrujovXəzər dənizi
Xəzər dənizi - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Çavuşoğlu Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı Türkiyənini təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.
BAKI, 7 aprel - Sputnik. Xəzər dənizi vasitəsi ilə Orta Dəhlizin parçası olan dəhlizlərin önəmi artır və burada türk dünyası xüsusi yer tutur.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Özbəkistan, Türkmənistan və Özbəkistan ilə nəqliyyat layihələri həyata keçirilir. Bundan əlavə, TANAP qaz xətti vasitəsi ilə türkmən qazının Avropaya tədarükünə dair işlər davam edir.
Çavuşoğlu həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq, Suriyada dördtərəfli format çərçivəsindəki danışıqlar zamanı ölkəsinin təhlükəsizliklə bağlı güzəştə getməyəycəyini vurğulayıb.
Nazir, Türkiyənin İsraillə münsaibətlərinin normallaşma prosesinin başladılmasına baxmayaraq, Fələstin xalqının hüquqlarının pozulmasına göz yummayacağını da diqqətə çatdırıb (APA).
Xəbər lenti
0