DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə XİN İsrail və Fələstin rəhbərliyi ilə kritik müzakirələr aparıb

© Photo : Social media page of MFA TurkeyTürkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Çavuşoğlu İsrailin Qəzza və Livana hava hücumlarını pisləyib, Türkiyənin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
BAKI, 7 aprel - Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb. Qeyd olunub ki, danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidinin müqəddəsliyinə təhqir və statusuna qarşı son təxribatlarını, İsrailin Qəzza və Livana hava hücumlarını pislədiyini deyib.
Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının lazım olduğunu vurğulayıb.
Mövlud Çavuşoğlu bu gün həmçinin Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə telefon danışığı aparıb. Danışıq zamanı nazir Çavuşoğlu Türkiyənin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulayıb.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri regionda yaranmış gərginlik fonunda Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçilərini orduya çağırır.
"Jerusalem Post"un xəbərinə görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi son vəziyyətin qiymətləndirilməsi ilə bağlı iclas keçirib.
Baş Qərargah rəisi bölgədəki gərginlik fonunda Hava Qüvvələrində hava hücumundan müdafiə və hücum birləşmələrinə diqqət yetirməklə ehtiyatda olan hərbçilərin çağırılması barədə göstəriş verib.
Xəbər lenti
0